Dünən kişi voleybolçuların ölkə çempionatında 9-cu turun oyunları keçirilib. İki görüş Dərnəgül Voleybol Mərkəzində baş tutub. Gənclərdən ibarət yığmamız tay-brekdə debütanta qalib gəlibsə, son ölkə çempionu "hərbçilər" qarşısında çətinlik çəkməyib. "Sərhədçi" İdman Olimpiya Mərkəzində isə meydan sahibləri növbəti dəfə "Neftçi"yə şans tanımayıb.
Ekspress - U-18 2:3 (25:23, 21:25, 25:23, 22:25, 19:21), Sərhədçi - Neftçi 3:0 (25:20, 25:19, 25:19), Lokomotiv - MOİK 3:0 (25:16, 25:19, 25:21)
1. Lokomotiv 9 9 0 27-3 26
2. Sərhədçi 9 7 2 24-8 21
3. Neftçi 9 5 4 15-13 15
4. MOİK 8 3 5 10-17 9
5. U-18 8 3 5 13-20 8
6. Naxçıvan 4 1 3 3-10 3
7. Ekspress 9 0 9 6-27 2