Dünən kişi voleybolçuların ölkə çempionatında 10-cu turun oyunları keçirilib. Ziya Rəcəbovun komandası “Sərhədçi” İdman Olimpiya Mərkəzində debütanta şans verməyib. Dərnəgül Voleybol Mərkəzində baş tutan hər iki görüşdə eyni hesab qeydə alınıb. Ölkə çempionu gənclərdən ibarət yığmamıza, “Neftçi” isə “hərbçilər”ə bir set verib.
Sərhədçi – Ekspress 3:0 (25:13, 25:10, 25:18), U-18 – Lokomotiv 1:3 (25:23, 21:25, 19:25, 12:25), MOİK - Neftçi 1:3 (31:29, 12:25, 14:25, 24:26)
1. Lokomotiv 10 10 0 30-4 29
2. Sərhədçi 10 8 2 27-8 24
3. Neftçi 10 6 4 18-14 18
4. MOİK 9 3 6 11-20 9
5. U-18 9 3 6 14-23 8
6. Naxçıvan 4 1 3 3-10 3
7. Ekspress 10 0 10 6-30 2