• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” üçün qara kabus

Dünya futbolu

25-04-2024, 20:0

A seriyasının 33-cü turuna bazar ertəsi yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, aprelin 22-nə təyin olunan oyunlar mövsümü mükafatçılar sırasında başa vurmaq baxımından əhəmiyyət daşıyırdı.

Əvvəlcə Romada eyniadlı komanda ilə “Bolonya” qarşılaşdı. Çempionlar Liqasına (ÇL) vəsiqə uğrunda mübarizə aparan rəqiblər arasında 4 xallıq fərq vardı. Ehtiyatda bir oyunu olan “Roma” evdə qalib gəlməklə fərqi minimuma endirəcəkdi. Lakin “Olimpiko”dakı matçın əvvəlindən oyun planında özünə çox da bənzəməyən meydan sahibləri 14-cü dəqiqədə hesabda geri düşdülər. Onların cəhdləri heç bir nəticə vermədi. Bu azmış kimi, “Bolonya” fasilə ərəfəsində fərqi iki topa çatdırdı. Daniele De Rossinin komandası ikinci hissədə meydana çıxan Azmunun qolu ilə ümidlənsə də, nəticə “canavarlar” üçün üzücü oldu. İmkanlarından daha effektli yararlanan “Bolonya” çox keçmədən 3-cü qolu vurmaqla rəqibin işini yenə çətinə saldı. “Roma”nın çempionatda 7 oyunluq məğlubiyyətsiz seriyasını qıran Tyaqo Mottanın komandası əsas izləyicisi ilə xal fərqini 7-yə yüksəltdi. Bu, hazırda 3-cü yerdəki “Yuventus”dan yalnız 2 xal geri qalan “Bolonya”nın mövsümü “ÇL zonası”nda başa vurmaq şansının yüksək olduğunu göstərir.
Əlbəttə, İtaliya futbol ictimaiyyətinin əsas diqqəti Milan derbisinə yönəlmişdi. Təsadüfə bax ki, “İnter” əzəli rəqibinə qalib gələcəyi halda finişə 5 tur qalmış çempionluğu rəsmiləşdirəcəkdi. Bu, son vaxtlar enişdə olan “Milan”ın şanlı tarixi üçün ikiqat üzücü hadisə olacaqdı. Stefano Pyolinin komandasının həm də son derbilərdəki məğlubiyyət sindromuna son qoymaq üçün özünü meydanda fəda edəcəyini düşünmək olardı. Lakin “Milan” bu dəfə də əzəli rəqibi ilə qara kabusun qarşısını ala bilmədi.

Sözsüz, “İnter”lilərin çoxdan gözlənilən 20-ci çempionluğu məhz “Milan” üzərində növbəti qələbə ilə rəsmiləşdirmək istəyini də anlamaq çətin deyildi. Simone İnzaqinin komandası ilk dəqiqələrdən derbiyə daha çox motivə olan tərəf kimi göründü. 18-ci dəqiqədə Dimarko – Pavar - Açerbi kombinasiyası sonuncunun hesabı açması ilə nəticələndi. İlk hissənin qalan vaxtında hər iki tərəfin bir neçə dəfə qol vurmaq şansı olsa da, minimal hesab dəyişmədi. Matçın ikinci yarısına Türamın qolu ilə başlaması “İnter”in planının reallaşmaq ehtimalını artırdı. Pyoli əvəzləmələrə əl atmaqla komandasının oyununu bir qədər gücləndirə bildi. Tomori fərqi minimuma endirdi. Son dəqiqələrdə əsəblərin tarıma çəkilməsi “Milan”dan Ernandes ilə Kalabriyanın, “İnter”dən isə Dyumfrisin qırmızı vərəqə almasını qaçılmaz etdi. Qaçılmaz olan əsas fakt isə “İnter”in 20-ci skudettonu derbidə rəsmiləşdirməsi oldu! Skudetto sayında əzəli rəqibini arxada qoyan “qara-göylər” növbəti mövsümdən klub loqosunda 2-ci ulduzu daşımaq hüququnu da qazandılar. İnzaqinin məşqçi kimi ilk dəfə İtaliya çempionu olduğunu da vurğulayaq. “İnter”in azarkeşləri belə qələbəni hələ uzun müddət unutmayacaqlar, “Milan”lılar isə aprelin 22-ni tarixləri boyunca qara kabus kimi xatırlayacaqlar...

33-cü tur
Milan – İnter 1:2
Tomori, 80 – Açerbi, 18. Türam, 49. (75554)
Milan: Menyan, Ernandes, Qabbya, Tomori, Kalabriya, Adli (Bennaser, 68), Reynders (Jiru, 52), Loftus-Çik (Çukvueze, 68), Pulişiç, Musa (Okafor, 77), Leao.
İnter: Zommer, A.Bastoni (De Vrey, 88), Açerbi, Pavar, Dimarko (Auqusto, 77), Darmian (Dyumfris, 85), Mxitaryan, Barella (Frattezi, 77), Çalhanoğlu (Asllani, 84), Türam, Lautaro Martines.
Roma – Bolonya 1:3
Azmun, 56 – Əl-Azzuzi, 14. Zirkzee, 45. Salemakers, 65. (63850)
Roma: Svilar, Anxelinyo (Karsdorp, 65), Lyorente, Mançini, Çelik (Spinatsola, 52), Lorentso Pelleqrini, Paredes, Kristante (Joao Koşta, 85), Əl-Şaaravi (Baldantsi, 72), Dibala, Abraham (Azmun, 52).
Bolonya: Skorupski, Lukumi, Kalafyori (De Silvestri, 80), Beukema, Poş (Kristiansen, 80), Əl-Azzuzi (Urbanski, 77), Fröyler, Ebişer, Salemakers, Ndoye (Fabbian, 80), Zirkzee (Kastro, 69).
Turun digər oyunlarının nəticələri: Cenoa – Latsio 0:1 (Luis Alberto, 67. 30697), Kalyari – Yuventus 2:2 (Qaetano, 30-p. Mina, 36-p. – Vlahoviç, 61. Dossena, 87-öz qapısına. 16179), Empoli – Napoli 1:0 (Çerri, 4. 12000), Salernitana – Fiorentina 0:2 (Kuame, 80. İkone, 90+5. 15000), Montsa – Atalanta 1:2 (Maldini, 89 - De Ketelare, 44. Ture, 72. 13983), Verona – Udineze 1:0 (Koppola, 90+3. 25000), Sassuolo – Leççe 0:3 (Jendri, 11. Dorqu, 15. Pikkoli, 61. 16210), Torino – Frozinone 0:0 (23728).

1. İnter 33 27 5 1 79-18 86
2. Milan 33 21 6 6 64-39 69
3. Yuventus 33 18 10 5 47-26 64
4. Bolonya 33 17 11 5 48-26 62
5. Roma 32 16 7 9 57-38 55
6. Atalanta 32 16 6 10 59-37 54
7. Latsio 33 16 4 13 42-35 52
8. Napoli 33 13 10 10 50-41 49
9. Fiorentina 32 13 8 11 45-36 47
10. Torino 33 11 13 9 31-29 46
11. Montsa 33 11 10 12 35-43 43
12. Cenoa 33 9 12 12 35-40 39
13. Leççe 33 8 11 14 30-48 35
14. Kalyari 33 7 11 15 36-56 32
15. Verona 33 7 10 16 31-44 31
16. Empoli 33 8 7 18 26-48 31
17. Udineze 32 4 16 12 30-48 28
18. Frozinone 33 6 10 17 40-63 28
19. Sassuolo 33 6 8 19 39-65 26
20. Salernitana 33 2 9 22 26-70 15
Bombardirlər: Lautaro Martines (İnter) - 23, Vlahoviç (Yuventus) - 16, Jiru (Milan), Osimhen (Napoli), Qudmundsson (Cenoa) - 13.
Növbəti turun oyunları aprelin 26-29-u aralığında keçiriləcək: Frozinone – Salernitana, Leççe – Montsa, İnter – Torino, Yuventus – Milan, Latsio – Verona, Bolonya – Udineze, Napoli – Roma, Atalanta – Empoli, Fiorentina – Sassuolo, Cenoa – Kalyari.

Turun rəqəmi
6 – “Milan” yenə əzəli rəqibndən xal ala bilmədi. “İnter” A seriyası, Çempionlar Liqası və İtaliya Superkubokunda baş tutan derbilərdə ardıcıl 6-cı dəfə qalib gəlməklə “qırmızı-qaralar”ın rekord seriyasını təkrarladı. “Milan” derbidə bu seriyaya 1911-13 və 1946-48-ci illərdə nail olmuşdu.

Turun ulduzu
Coşua Zirkzee (Bolonya) – niderlandlı hücumçu “Roma” üzərində vacib qələbədə böyük rol oynadı. Məhz 22 yaşlı Zirkzeenin vurduğu qol və Salemakersə verdiyi məhsuldar ötürmə “Bolonya”nın Çempionlar Liqasına aparan yolda şansını daha da artırdı.

Turun sitatı
Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“İndi gözəl hisslər keçiririk, inanılmaz nəticəyə nail olmuşuq və bu uğurumuzun qəhrəmanlarının sayı çoxdu: oyunçular, klub və indi burda olmasa da, həmişə komandaya yaxın olan prezidentin bu skudettoda rolu böyükdü. Biz daha güclü olmaq üçün hər gün səylə çalışırıq. Fikrimcə, birgə işə start verdiyimiz ilk mövsümdən, finalda “Liverpul”a qalib gələn “Real” ilə Çempionlar Liqasında keçirdiyimiz ilk matçdan başlayaraq sağlam təməl qoyduğumuz görünmüşdü və ötən illər ərzində 6 titul qazandıq. Mənim səyahətim əla alındı. Mənə məşqçi kimi fəaliyyətə başlamaq imkanı yaradan “Latsio”ya həmişə minnətdar olacağam. Bu klubun rəhbərliyi mənimlə əməkdaşlığı davam etdirmək istəyirdi, amma içimdən nəsə mənə karyeramda yeni səhifəyə başlamalı olduğumu demişdi. “İnter”də ötən müddətdə düşdüyümüz çətin vəziyyətlərdə “ağzıgöyçəklər”ə danışmaq imkanı vermişdik. Amma onlar bundan sonra bir qədər az danışacaqlar ”.


Oyundan sonra
Stefano Pyoli, “Milan”ın baş məşqçisi:
“Paltardəyişmə otağında uşaqlara təsəlli verməyə çalışdım. Axı bu, klub üçün ikiqat üzücü məğlubiyyətdi. Hər necə olsa, komandanı qarşıdakı günlərdə toparlamalıyıq. Çünki mövsümü major notda başa vurmalıyıq. Artıq şənbə günü bizi növbəti vacib oyun gözləyir. Təəssüf ki, derbidə, heç olmasa, bir xal belə qazana bilmədik. Son derbilər sırasında məhz bu oyunda rəqiblə başabaş mübarizə apardığımızı düşünürəm. Heyif ki, bəxtimiz gətirmədi. İndiyədək yalnız bir dəfə uduzan “İnter”in əla keçirdiyi mövsümü artıq titulla başa vuracağı rəsmiləşib. Amma bu bir həqiqətdi ki, “İnter” son üç və ya dörd ildə liqanın ən güclü heyətə malik komandasıdı. Bizə gəlincə, son vaxtlar qeyri-sabit çıxış edirik. Bu səbəbdən bir neçə vacib oyunda xallar itirmişik. Əsas izləyiciləri ilə xal fərqinin böyük olması “İnter”in çox güclü olduğunu göstərir. Deməli, digər iddiaçılar yeni səviyyəyə çıxmalıdılar. Mövsümün sonunda komandanı tərk edəcəyəm? Bilmirəm. KİV-ə görə, İnzaqi 14 ay əvvəl çətinliklərlə üzləşmişdi. Onun bu müddətdə nələrə nail olduğuna baxın. “Milan”da xoşbəxtəm, burda yaxşı işləyirəm və komandanın səviyyəsini artırmaq üçün imkanlara malik olduğunu düşünürəm. Baxarıq, görək mövsümü hansı vəziyyətdə başa vuracağıq”.


Daniele De Rossi, “Roma”nın baş məşqçisi:
“O qədər də yaxşı oyun sərgiləyə bilmədik. Amma güclü görünən rəqibin haqqını da verməliyik. “Bolonya” əla intensivlik nümayiş etdirdi və şanslarından yararlanmağı da bacardı. Bunu da deməliyəm: qalib gəldiyimiz əksər oyunlarda rəqiblər qapımız qarşısında kifayət qədər təhlükəli vəziyyətlər yaratmışdılar. İndi isə vəziyyət bizim əleyhimizə dəyişib. “Bolonya” qələbəyə layiq idi, nəticə heç bir şübhə doğura bilməz”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-04-2024, 20:0

“İnter” öz rekordunu təkrarladı – TURUN ŞƏRHİ

Dünya futbolu

10-04-2024, 22:0

Paytaxt derbisində “Roma” qalib gəldi – TURUN ŞƏRHİ

Dünya futbolu

14-03-2023, 20:0

“Napoli” fərqi yenidən 18 xala çatdırdı, “Spetsiya” tarixində ilk dəfə “İnter”ə qalib gəldi - TƏHLİL

Dünya futbolu

19-04-2023, 21:0

Romalılar üçün düşərli tur – TURUN ŞƏRHİ

Dünya futbolu

7-12-2023, 20:0

“Latsio” 1/4 finalın ilk iştirakçısı oldu

Dünya futbolu

16-01-2024, 23:0

“Milan” qələbələri sıralayır, “Roma” isə...

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 213
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə