Mahir Emrelidən cüdoçularımıza dəstək

26.04.2024 10:50 140
İdman / Dünya futbolu
"Dinamo"nun (Zaqreb) hücumçusu Mahir Emreli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan cüdoçularına dəstək olub.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü ötən gün cüdoçuların yarışlarını izləyib.

O, “Dinamo"nun formasını üçqat Avropa çempionu Hidayət Heydərova hədiyyə edib.