Martın 10-da kişi voleybolçular arasında ölkə çempionatında ikinci dövrəyə start verilib. Martın 3-dən təxirə salınan oyunların hamısı Dərnəgül Voleybol Mərkəzində keçirilib. Sözsüz, bütün diqqətlər “Sərhədçi” – “Lokomotiv” görüşünə yönəlib. Qarşılaşmadan bir gün əvvəl Ziya Rəcəbov inamlı açıqlama vermişdi. O, 3:0 hesabıyla qalib gələcəklərinə inandığını söyləmişdi. Hər halda, ilk 2 setdə “Sərhədçi” çalışdırıcının proqnozlarına uyğun oyun sərgiləyib. Ancaq 3-cü setdən sonra vəziyyət 180 dərəcə dəyişib. Fərid Cəlalovun daha təcrübəli voleybolçulardan qurulmuş komandası əzmkar qələbəyə sevinib. “Neftçi” debütantı darmadağın edibsə, gənclər yığması “hərbçilər”dən ilk dövrədəki məğlubiyyətin qisasını alıb.
Sərhədçi – Lokomotiv 2:3 (25:16, 25:20, 20:25, 18:25, 12:15), Ekspress – Neftçi 0:3 (14:25, 18:25, 18:25), U-18 – MOİK - 3:1 (25:18, 25:14, 18:25, 25:18)
1. Lokomotiv 7 7 0 21-3 20
2. Sərhədçi 7 5 2 18-6 16
3. Neftçi 7 5 2 15-7 15
4. MOİK 6 2 4 7-14 6
5. U-18 6 2 4 8-15 5
6. Naxçıvan 4 1 3 3-10 3
7. Ekspress 7 0 7 4-21 1