Şənbə günü kişi voleybolçuların ölkə çempionatında 3-cü turun oyunları keçirilib. Prinsipial görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutub. “İdman Azərbaycan” vasitəsi ilə yayınlanan matçda bir müddət əvvəl “Neftçi”dən qalmaqallı şəkildə ayrılan Ziya Rəcəbov yeni komandası ilə “ağ-qaralar”ı üstələyib. Daha iki qarşılaşma Dərnəgül Voleybol Mərkəzində reallaşıb. Ölkə çempionu “hərbçilər”i rahat üstələyib. Əvəzində turun son oyunu gərgin mübarizə şəraitində keçib. Təsadüfi deyil ki, mövsümdə ilk tay-brek debütantların duelində qeydə alınıb. Bu isə o deməkdi ki, artıq çempionatda xalsız komanda yoxdu.
Neftçi – Sərhədçi 0:3 (21:25, 21:25, 21:25), MOİK – Lokomotiv 0:3 (20:25, 8:25, 7:25), U-18 – Ekspress 3:2 (22:25, 21:25, 26:24, 25:13, 15:13)
1. Lokomotiv 4 4 0 12-1 12
2. Sərhədçi 4 3 1 10-3 9
3. Neftçi 4 2 2 6-6 6
4. MOİK 2 1 1 3-4 3
5. Naxçıvan 4 1 3 3-10 3
6. U-18 2 1 1 3-3 2
7. Ekspress 4 0 4 4-12 1
Növbəti görüşlər fevralın 17-də keçiriləcək: 14.00 Lokomotiv – U-18, 16.00 Sərhədçi – Ekspress, 16.00 Neftçi – MOİK.