“Bir dənə kişi sənsən, İqor Rodriges”

25.04.2024 15:35 222
Aktual / Ölkə futbolu / Premyer-liqa
“Sabah”la oyundan sonra “Kəpəz”in “Ultras Kəpəz” azarkeş qrupunun üzvlərindən biri İqor Rodrigesə “bir dənə kişi sənsən”, - deyə səsləndi.

Səbəb kimi isə oyundan sonra “sarı-göylər”in oyunçularından təkcə onun sektora yaxınlaşaraq azarkeşləri alqışladığını bildirdi. Oyunçularla azarkeşlər arasında hansısa anlaşmazlığın olub-olmadığını öyrənmək üçün Gəncə təmsilçisinin azarkeşlərlə əlaqələndiricisi Tural Əliyevlə danışdıq:
“Öncə onu deyim ki, bizim “Ultras Kəpəz” adlı azarkeş qrupumuz yoxdu. Qarışıqlığa gəlincə, azarkeşlərlə futbolçularımız arasında heç bir problem yoxdu. Hər şey qaydasındadı”.


KAMAL SƏFƏR