• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Oksleyd-Çemberleyn Türkiyəni seçməsinin səbəbini dedi

Dünya futbolu

23-10-2023, 21:0

“Beşiktaş”ın bu yay heyətinə qatdığı Aleks Oksleyd-Çemberleyn “Atletik” nəşrinə diqqətçəkən açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngində hələ ki 10 rəsmi oyuna çıxan və 1 qol vuran 30 yaşlı ingiltərəli yarımmüdafiəçi Türkiyədəki həyatı, hədəfləri, eləcə də başqa məqamlar haqda danışıb:

“Şenol Günəşin klubdan ayrılması məni üzdü. Çünki məni bura o gətirmişdi və bunun qarşılığını vermək istəyirdim. Burak Yılmazın işinin öhdəsindən gələcəyini düşünürəm. Komandada ona böyük hörmət var. Ümid edirəm ki, bu hörmətin üzərində bəzi şeylər inşa edə bilərik. Ətafımdakı hər kəsə qarşı yaxşı davranan insanam. Ona görə də açığı, “Liverpul”dan ayrılarkən ordakıların mənimlə, demək olar, ünsiyyət qurmaması, bir kəlmə belə kəsməməsi mənə çox təəccüblü gəldi. Yayda Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında seçim edərkən bəzi amillərə görə Türkiyəni seçdim. İlk səbəb İngiltərəyə yaxınlıqdı. Londonla İstanbul arasında təxminən 3,5 saatlıq məsafə var. Ər-Riyada yollanmaq əlavə 3 saat vaxtımı alacaqdı. İkinci səbəb futbola olan sevgimdi. Çünki “Beşiktaş”da göz önündəyəm və yenidən özümü göstərə bilərəm. Konfrans Liqasında oynayırıq və superliqada çempionluq uğrunda mübarizə aparırıq. Bəlkə də bu mövsüm çoxları “Beşiktaş”ı favorit görmür. Amma bu durum əksinə, xoşuma gəlir. Bayi və Rebiç kimi futbolçular da bura gəlib. Çempionluq üçün əlimizdən gələni edəcəyik. Digər tərəfdən, “Beşiktaş”ın məni həqiqətən də istədiyini hiss etdim. Futbolçu üçün istənildiyi yerdə olmaq önəmlidi. Bura gəlməklə fərqli bir mədniyyət və fərqli bur turnir ilə tanış olmaq istədim. İstanbulun tıxacları dəhşətdi. Bir dəfə dostumla tıxaca düşməmək üçün skuterlə gəzmək fikrinə düşdük. Amma bar və restoranların olduğu küçəyə 200 metr qalmış adam o qədər çoxaldı ki, skuterlə də hərəkət edə bilmədik. Bundan vaz keçib taksiyə mindik. 2014-cü ildə “Arsenal” ilə “Beşiktaş”a qarşı “Atatürk Olimpiya”da oynamışdıq. Meydana ayaq basan kimi nəhəng bir tribunanın ağ-qara bayraqlara büründüyünü gördük. Sanki bir dənizə bənzəyirdi. Çox çətin oyun idi və qolsuz başa çatmışdı. Rəqib komandanın heyətində olduqda çox çətin bir atmosferə düşürsən. Amma “Beşiktaş”ın oyunçusu olduqda bundan zövq alırsan. Türkiyə dil problemindən çox ailəmdən uzaq qalmaq problemi yaşayıram. Uşaqlarım bəzən mənim harda olduğumu soruşur. Amma qərarımı anlayırlar. Ötən həftə ailəm İstanbulda idi. Mənim üçün kiçik bir tətil oldu. “Beşiktaş” coşqulu, böyük azarkeş kütləsinə malik olan və ciddi hədəfləri olan düzgün bir klubdu. İndi mənim üçün ən önəmli şey oynamaqdı. Çünki karyeramda hətta sağlam olduğum və özümü yaxşı hiss etdiyim anlarda da oynamadığım vaxtlar çox olub. Bura gələrkən ailəmə görə narahat idim. Onlar üçün fərqli bir durumdu. Amma mənim üçün futbol hələ də çox önəmlidi. Hər insanın həyatda öz motivasiya mənbəyi var. Bəziləri üçün bu, pul, başqaları üçün qələbə əzmidi. Elə futbolçular da var ki, yalnız qol vurmağı sevir. Hər nə olur-olsun, bu ehtiyacının qarşılanmasını istəyirsən. Bunun sayəsində yola davam edirsən. Mən, sadəcə, oynamaq, əlimə düşən fürsəti dəyərləndirmək və ayaqlarım hərəkət etdiyi müddətdə nələr edə biləcəyimi görmək istəyirəm”.


“Beşiktaş”la bağlı bir xəbəri də diqqətinizə çatdıraq. Xorvatiyalı mütəxəssis İqor Tudor dünən gözlənilmədən İstanbula gəlib. Özü də tək yox, təmsilçisi, həmyerlisi, 2008/09-da “Beşiktaş”da oynamış Antoni Şeriçlə birlikdə. Bilindiyi kimi, artıq neçə müddətdi Tudorun “ağ-qaralar”ın başına keçəcəyi ilə bağlı şayiələr dolaşır. Uzun illər onun köməkçisi kimi çalışmış Hari Vukas ilə Toni Modriçin bugünlərdə “Beşiktaş”ın məşqçilər korpusuna daxil olması bu şayiələri bir qədər də qüvvətləndirib. Rəhbərliklə danışıqlar aparmaq üçün İstanbula gəldiyi iddia edilən 45 yaşlı məşqçinin bu gün “Qalatasaray”a qarşı derbini tribunadan izləyəcəyi gözlənilir. Amma klubdan verilən rəsmi açıqlamada Tudorun “Beşiktaş”la danışıqlar üçün İstanbula gəlməsi iddiası təkzib olunub. Günəşin istefasından sonra “Qartal”ı müvəqqəti Burak Yılmaz çalışdırır. Komanda bu gün derbiyə də məhz bu məşqçi ilə çıxacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-10-2022, 16:0

Oksleyd-Çemberleyn ziyana düşdü

Dünya futbolu

22-05-2023, 23:0

“Liverpul”u kimlər tərk edəcəklər?

Dünya futbolu

8-08-2023, 22:0

“Beşiktaş” daha bir ingiltərəliyə “elçi düşüb”

Dünya futbolu

16-10-2023, 19:0

“Beşiktaş”a iki yeni məşqçi gəldi

Dünya futbolu

29-04-2023, 23:0

“Liverpul”un oyunçusu sıraya döndü

Dünya futbolu / Müsahibə

18-08-2023, 21:0

“Liverpul”da praktiki olaraq universal futbolçuya çevrildim” - MÜSAHİBƏ

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə