Regionlarda çalışan məşqçilərə lisenziyalar təqdim olundu

27.11.2026 18:29
Ölkə futbolu
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçirilən D kateqoriyalı məşqçi kursu bu gün başa çatıb.

"Football-plus.az" xəbər verir ki, noyabrın 24-də start götürən və üç gün davam edən kurs çərçivəsində iştirakçılara məşqçilik fəaliyyətinin əsasları, məşq prosesinin planlaşdırılması və müasir futbol metodikası üzrə nəzəri və praktiki biliklər verilib.

Təlimlər AFFA-nın Məşqçilərin maarifləndirilməsi şöbəsinin rəhbəri Aslan Kərimovun nəzarəti altında təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılıb.

Kursu uğurla başa vuran AFFA Region Liqasında təmsil olunan komandaların 26 məşqçisinə D kateqoriyalı məşqçi lisenziyaları təqdim edilib.