“Liverpul”un oyunçusu İbrahima Konate zədəsini sağaldıb.
"Football-plus.az" xəbər verir ki, komandanın baş məşqçisi Yürgen Klopp 23 yaşlı müdafiəçinin premyer-liqanın 34-cü turunun oyununda “Tottenhem”ə qarşı oynaya biləcəyini deyib.
Digər futbolçulardan Aleks Oksleyd-Çemberleyn və Roberto Firminonun müalicəsi davam etdirilir.
Aprelin 30-da keçiriləcək “Liverpul” – “Tottenhem” oyunu saat 19.30-da başlayacaq.