• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul”da praktiki olaraq universal futbolçuya çevrildim” - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

18-08-2023, 21:0

Bu yay transferlərdə “Qalatasaray” və “Fənərbaxça”nın kölgəsində qalan “Beşiktaş” ingiltərəli ulduz Aleks Oksleyd-Çemberleynin keçidini, nəhayət, rəsmən açıqladı.

“Football-plus.az” xəbər verir ki, təcrübəli futbolçu hələ avqustun 8-də Türkiyəyə ayaq basmışdı. Bir qədər zədəyəmeyilli olduğu üçün İstanbul nəhəngi onu ətraflı şəkildə tibbi müayinədən keçirdi. Avqustun 14-də isə keçid tamamlandı. Azad agent statusuna malik 30 yaşlı yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb. Onun illik maaşı 2,5 milyon avro təşkil edəcək. Oksleyd-Çemberleynə həm də 1,5 milyon avro imza parası veriləcək. Bu futbolçu meydana çıxdığı hər rəsmi oyuna görə 10 min avro bonus da qazanacaq. Srağagün komanda ilə ilk məşqə çıxan məşhur oyunçu daha sonra “Beşiktaş”ın “yutub” kanalının qonağı olaraq ilk açıqlamalarını verib. Qısaca xatırladaq ki, “Sauthempton”un yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan Oksleyd-Çemberleyn 2011-17-ci illərdə “Arsenal”ın şərəfini qoruyub. 2017-dən bəri isə “Liverpul”un uğurları üçün tər tökürdü. İngiltərə daxilində bütün önəmli titulları qazanmış futbolçu eyni zamanda “Liverpul”la ÇL-in qalibi olub. 2019-dan bu yana İngiltərə yığmasına dəvət almasa da, bu komandada 35 oyun keçirib və 7 qol vurub.

* Özümü çox yaxşı hiss edirəm. Böyük həyəcanla yeni macəraya hazıram. Bu, mənim üçün tam yeni bir meydan oxumaq fürsətidi. Çünki indiyə qədər İngiltərədən kənarda oynamamışam. Yeni ölkəyə və yeni çempionata gəlmişəm. Nələr olacağını, burda karyeramın necə alınacağını mən də böyük maraqla gözləyirəm. İlk növbədə uyğunlaşma dönəmini mümkün qədər sürətlə başa vurmağa çalışacam. Çünki burda özümü sübut etmək, yeni uğurlar qazanmaq istəyirəm.

* Atamın peşəkar səviyyədə oynadığı dönəmin üzərindən uzun illər keçib (Oksleyd-Çemberleynin həm əmisi, həm də atası peşəkar futbolçu olub. Atası Mark Çemberleyn “Stok Siti”, “Şeffild Uensdey”, “Portsmut”, “Brayton”, “Ekzeter Siti” kimi klublarda top qovub. İngiltərə yığmasında 8 oyun keçirib və 1 qol vurub – Ə.R.). Mənim ən böyük dəstəkçimdi və psixoloji cəhətdən mənə çox yardım edir. Onun bacardığı şeyləri mən də gənc yaşımdan bacarmaq istədim. Hədəflərimə çatmaq üçün çox düzgün şəkildə böyüdülmüşəm. Düzgün tərbiyə almışam və həyatımın indiyə qədər olan bölümündə bunun mənə böyük faydası dəyib. Atam xüsusilə yeniyetmə və gənc yaşlarımda mənə qarşı çox tələbkar idi. Dərhal standartı çox yüksəkdən qoydu və mənə nələr etməli olduğumu anlatdı. Məhz bunun sayəsində indi olduğum şəxsə çevrilmişəm. Bu baxımdan çox şanslıyam.

* “Beşiktaş”ın stadionu ilə bağlı gözəl xatirələrim var. Çünki bu stadionda 2019-cu ildə “Liverpul”la Avropa Superkubokunu qazanmışdıq. Həmin gecəni indiki kimi xatırlayıram. Bir futbolçu karyerası ərzində heç də hər gün Avropa superkubokunu qazanmır. Ona görə də belə şeylər yaddaşda iz buraxır. Artıq bütün diqqətimi “Beşiktaş”a yönəltmişəm və burda da titul qazanmaq üçün əlimdən gələni edəcəm.

* Yeni komandaya gələn bir futbolçu üçün nömrə baxımından seçim imkanı o qədər də geniş olmur. Amma bəxtimdən sevimli “15” nömrəm boş idi. Əvvəlki klublarım “Arsenal” və “Liverpul”da, bildiyiniz kimi, bu nömrə ilə oynayırdım. Ona görə də “15” nömrəli formanın boş olduğunu öyrənəndə çox sevindim və dərhal onu seçdim. Mənim üçün ən məntiqli qərar bu idi.

* Hücum etməyi sevən bir mərkəz yarımmüdafiəçisi olduğumu deyə bilərəm. “Liverpul”dakı dönəmimdə praktiki olaraq universal futbolçuya çevrildim. Çünki meydanda fərqli rolları yerinə yetirməyi öyrəndim. Hətta lazım gələndə müdafiəyəmeyilli oyunçu kimi də oynayırdım. Amma meydanda ən yaxşı bacardığım şey topu irəli daşımaq, sürətli reydlər etmək, cərimə meydançası xaricindən zərbələr vurmaq, hücumu başlamaq, həlledici ötürmələri verməkdi. Cinahlarda da oynaya bilirəm. “Arsenal”da 6 mövsüm məhz cinah futbolçusu kimi çıxış etdim. Elə “Liverpul”da da məndən bəzən cinahda oynamaq tələb olunurdu. Qısası, irəlidə hər yerdə oynaya bilərəm. Amma dediyim kimi ən çox sevdiyim mövqe yarımmüdafiənin mərkəzidi. Orda oynayaraq topla irəli çıxmağı, komandamı hücuma çıxarmağı, fürsətlər yaratmağı xoşlayıram. Təbii ki, mümkün olduqda qol vurmağa da çalışacam. Artıq təcrübəli oyunçu sayılıram. Təcrübəmlə də “Beşiktaş”a faydalı olmağa çalışacam. Fanatlar istər məşqdə, istərsə də rəsmi oyunda potensialımın makimumunu ortaya qoyacağıma əmin ola bilərlər.

* “Beşiktaş” haqda lazımi məlumatları ilk növbədə Natan Redmonddan öyrəndim. Mənə böyük köməyi dəydi. Xüsusilə də ötən həftə bura gəlməmiş bir-iki gün öncə onu əməlli-başlı sorğu-suala tutdum. Klub haqda mənə gözəl məlumatlar verdi. Həmyerlim olaraq onun burda iz buraxıb ayrıldığını görmək məni sevindirir. Ötən mövsümdəki performansı ilə bağlı “instaqram”da mənə tez-tez videolar atırdı. Hamısını da maraqla izləyirdim. Redmonddan başqa “Liverpul”da komanda yoldaşım olmuş Loris Kariusdan da bəzi şeylər soruşdum. Ümumiyyətlə, tanışlarım arasında İstanbulda yaşamış və Türkiyədə oynamış bir neçə isim var idi. Hamısından yalnız gözəl və pozitiv sözlər eşitdim.

* Belə böyük kluba gələn hər futbolçuda olduğu kimi, mənim də başlıca hədəfim çempion olmaqdı. Şəxsi hədəflərim də var. Tezliklə komandanı, komanda yoldaşlarımı, məşqçilər korpusunu tanımaq, məşqçimizin məndən nələr tələb etdiyini anlamaq istəyirəm. Oynaya bildiyim qədər oynamaq, qollar vurmaq, “Beşiktaş”a titular qazanmaqda yardım etmək istəyirəm.

* Cenk Tosun, Artur Mausaku, Jedson Fernandeş və Daniel Amarti əla oyunçulardı. Hamısını yaxşı tanıyıram. Çünki İngiltərədə onlara qarşı oynamışam. Fikrimcə, bu durum onlarla bərabər çalışarkən işimə yarayacaq. Onlar da mənim hardan gəldiyimi, necə oynadığımı bilirlər. Bütün bunlar komandaya, şəhərə, yeni mühitə uyğunlaşmağıma yardım edəcək. Onlar Türkiyə çempionatının özəlliklərini bilirlər. Bu baxımdan mənə güclü keyfiyyətlərimdən yararlanmağa yardım edəcəklər. Onları yaxından tanımaq və birlikdə gözəl futbol sərgiləmək üçün səbirsizlənirəm.

* Burda məni isti qarşıladıqları üçün hər kəsə təşəkkür edirəm. Elə şəhərdə qarşılaşdığım insanlar da çox istiqanlıdı. Komanda şəklində hədəflərimizə çatsaq, onlara böyük xoşbəxtlik və qürur yaşadacağımızı bilirik. Əsas məsələ də məhz budu. Artıq bu andan sonra edə biləcəyim şey tezliklə uyğunlaşmaq və ən yaxşı futbolumu sərgiləməkdi. Fanatlarımızın məndən çox şey gözlədiyini bilirəm. İlk gündən mənə verdikləri dəstəkdən də bunu hiss etmək olar. Mən də onların ümidlərini doğrultmağa çalışacam.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-08-2023, 22:0

“Beşiktaş” daha bir ingiltərəliyə “elçi düşüb”

Dünya futbolu

22-06-2023, 12:0

Ceko ''Fənərbaxça'' üçün İstanbula gəldi

Dünya futbolu

1-08-2023, 16:0

Xorvatiyalı ulduz “Beşiktaş”ı seçdi

Dünya futbolu

20-06-2022, 19:0

Nvakaemenin “Trabzonspor” macərası başa çatdı!

Dünya futbolu

24-07-2023, 22:0

“Beşiktaş” üç yeni oyunçunu İstanbula gətirdi

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 203
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə