Aleks Oksleyd-Çemberleyn ziyana düşüb.
Football-plus.az xəbər verir ki, “Liverpul”un oyunçusunun evi qarət edilib.
Yerli mənbələrin yaydığı xəbərə görə, hadisə futbolçu, xanımı və körpə uşaqları evdə olarkən baş verib. Villaya girən oğrular qızıl və digər qiymətli əşyaları özləri ilə aparıblar. Polis hadisə ilə bağlı təhqiqat aparır.