“Ferrari”nin pilotu Şarl Lekler “Mersedes”in Qətərdəki çıxışına görə təəccüblənib:
“Karlos Saynsın probleminə görə yarışa gözlədiyimiz kimi başlamadıq. Bu məyusedici idi. Bu səbəbdən təhlükəsizliyə görə mən də diqqətli sürməyə başladım. Lakin Qətərdə 5-ci yerdən yaxşı nəticə qazana bilməzdim. “Maklaren”in tempinə çox təəccüblənmədim. Burda sürətli olacaqları gözlənilən idi. “Mersedes”in tempinə isə təəccübləndik. İlk dövrədə qəza etsələr də, yarışı bizdən öndə bitirmələri təəccüblüdü. Növbədə ardıcıl üç yarış var. Mühəndislər kubokunda ən yaxşı nəticə qazanmaq üçün hər şey edəcəyik. Məncə, Qətər mərhələsi “Formula-1” tarixində pilotlar üçün ən çətin yarış oldu. Hava çox isti idi. Çoxlu sürətli döngələrin olduğu trassımız var. Lakin ən vacib məqam 3 pit-stop etməyimiz idi. Bu da o demək idi ki, təkərlərə nəzarət etmədən sürməliydik. Elə bil ki, ardıcıl sıralanma turları atırdıq. Gələn il də belə olsa, pilotlar öz arasında müzakirə aparacaq. Yarışdan sonra həmişə bir-birimizə baxırıq. Bu dəfə vəziyyət fərqli idi. Bəzi sürücülər özlərini doğrudan da pis hiss edirdilər. Yəni bunu müzakirə etməliyik. Bu fiziki hazırlıqla bağlı bir şey deyil. O qədər su itiririk ki, trassı pis görürük və ürək döyüntülərimiz artır. Hələlik bu barədə çox danışmaq istəmirəm. Lakin bunun nə qədər çətin olduğunu sözlə ifadə etmək çətindi”.