İmişli işi bitirdi, “İrəvan”ı gözləyir - VİDEO

10.10.2023 19:15 251
I liqa / Manşet
Gələn həftə 1-ci liqada 5-ci turun oyunları keçiriləcək.

"İmişli" - "İrəvan" oyununun nəticəsi də maraqla gözlənilir. Diqqəti çəkən məqamlardan biri bölgə təmsilçisinin, ev oyununu, nəhayət, İmişli şəhər stadionunda keçirəcəyidi. "Football-plus.az" saytı “İmişli"nin köməkçi məşqçisi Ruhid Usubovdan stadionun son vəziyətiyini öyrəndi:

"Stadionumuzda təmir, yenidənqurma, qazonun yenilənləməsi və başqa işlər başa çatıb. Hazırda ot örtüyünün sulanmasıyla məşğuluq. Odu ki, "İrəvan"ı doğma meydanda qəbul etmək yolunda heç bir problem yoxdu".

ABDULLA İSMAYILOĞLU