1-ci liqada 2-ci tura yekun vuruldu - YENİLƏNİB

21.09.2023 17:20 274
I liqa / Manşet
Dünən futbol üzrə ölkə çempionatının 1-ci liqasında 2-ci tura start verilib.

Favoritlərdən sayılan “İrəvan”la “Karvan”ın Bakıdakı qarşılaşmasında hesab açılmayıb. “İmişli”ni qəbul edən MOİK isə yeganə qolla qələbə qazanıb. “Hərbçilər” Həsrət Mürsəlovun 78-ci dəqiqədə meydandan qovulmasıyla azlıqda qalsalar da, qələbə hesabını qoruyublar. Turun qalan oyunları bu gün keçiriləcək.

20 sentyabr
İrəvan – Karvan 0:0

MOİK – İmişli 1:0

Samir İbrahimov, 54-p.

21 sentyabr
Şamaxı – Araz Saatlı 8:0

Cəlal Cəbrayılov, 17, 21, 34. Elşad Tağıyev, 27-p. Emin Zamanov, 37-p. Samir Məhərrəmli, 52. Elçin Qasımov, 60. Salman Ələsgərov, 89.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Rəhman Aslanov, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı, şəhər stadionu. Saat 15.00.

Mingəçevir – Qaradağ Lökbatan 0:2
Seyxan Fərəcov, 64. Urfan İsmayılov, 94.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Vüqar Bayramov, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu. Saat 15.00.

Difai Ağsu – Zaqatala 0:0
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Ağsu, şəhər stadionu. Saat 15.30.