• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bari və Praqada gözlənilən qələbələr

AÇ

17-10-2023, 21:0

Şənbə günü keçirilən hər iki oyunda gözlənilən nəticə qeydə alındı. Seçmə turnirdə əla görünən İngiltərə yığmasının əsas rəqibləri qələbə qazanmaqla final mərhələsində oynamaq şansını davam etdirdilər.

"Football-plus.az" xəbər verir ki, İtaliya yığması martın 26-da səfərdə iki cavabsız qolla qalib gəldiyi Maltanı evdə darmadağın etdi. Meydan sahiblərinin heyətlə bağlı itkiləri vardı: Kyeza ilə İmmobile zədəli oldularına, Tonali ilə Zanyolo isə İtaliyada mərc oyunları ilə bağlı qalmaqalda iştirakına görə adalılara qarşı oynaya bilmədilər. Luçano Spalletti bu oyunçuların yoxluğunda Bonaventura, Berardi və Kenə start heyətində şans vermişdi. Hər üç futbolçu baş məşqçinin etimadını doğrultdu. Hesabı Kenin ötürməsi ilə Bonaventura açdı. Təcrübəli futbolçu milli formada ilk qoluna sevindi. Cakomo “skuadra adzurra”da ilk qolunu vuran ən yaşlı futbolçu oldu. Oktyabrın 14-də meydana 34 yaş 53 günlüyündə çıxan “Fiorentina”nın yarımmüdafiəçisi bu göstərici ilə rekord müəyyənləşdirdi. Qeyd edək ki, Bonaventura İtaliya yığmasında 2013-cü ildə debüt edib. O, indiyədək milli formada yalnız 16 oyun keçirib. Bonaventuranın sonuncu dəfə bu formanı 2018-ci ildə geydiyini də bildirək. 5 ildən sonra ölkənin əsas komandasına qolla dönüş edən Cakomo hazırda əla formada olduğunu bir daha göstərdi. Dubl edən “Sassuolo”nun lideri Berardi də əla təsir bağışladı. Baridə keçirilən oyunda son nöqtəni isə Frattezi qoydu. Autsayderin qapısından 4 cavabsız top keçirən “skuadra adzurra” 2-ci yerdəki mövqeyini qorudu.

Qrupun digər matçı da gözlənilən nəticə ilə başa çatdı. Ev sahibi olsa da, məlum səbəbdən Çexiyanın aytaxtı Praqa şəhərində oynayan Ukrayna yığması Şimali Makedoniyanı iki cavabsız qolla məğlub etdi. Doğrudu, hesab heç də meydandakı mübarizəni tam əks etdirmədi. Hər halda, balkanlılar Trubinin qoruduğu qapı qarşısında bir neçə dəfə real təhlükə yaratdı. Lakin heç bir imkanı dəyərləndirə bilməyən qonaqlar Ukraynaya ikinci dəfə məğlub oldular. Xatırladaq ki, Sergey Rebrovun komandası iyunun 16-da səfərdə bu rəqibi üzərində 3:2 hesablı əzmkar qələbə qazanmışdı. Xalını 10-a çatdıran “sarı-mavilər” qrupda 2-ci yeri tutmaq şansını davam etdirir.

C qrupu, 7-ci tur
İtaliya – Malta 4:0 (2:0)
İtaliya: Donnarumma, Darmian, Bastoni, Mançini, Dimarko (Udoci, 79), Bonaventura (Biraqi, 87), Barella (Frattezi, 65), Lokatelli, Berardi (Orsolini, 65), Raspadori, Ken (Skamakka, 79).
Malta: Bonello, Pepe, Z.Muskat, Apap, Kristensen (N.Muskat, 66), Kamenzuli, Qiyomye, Yankam (Nvoko, 84), C.Mbonq (Attard, 66), Motebello (Satariano, 55), P.Mbonq (Payber, 84).
Qollar: Bonaventura, 23 (1:0). Berardi, 45+1 (2:0). Berardi, 64 (3:0). Frattezi, 90+4 (4:0).
Vərəqələr: P.Mbonq, 44. Yankam, 53. Apap, 54 - sarı.
Hakim: Duje Strokan (Xorvatiya).
14 oktyabr. Bari. 56186 tamaşaçı.
Ukrayna - Şimali Makedoniya 2:0 (1:0)
Ukrayna: Trubin, Konoplya, Matviyenko, Zabarnı, Mikolenko, Zinçenko (Sidorçuk, 76), Stepanenko, Zubkov (Malinovski, 68), Mudrik (Karavayev, 88), Sudakov (Svatok, 87), Dovbik (Yaremçuk, 76).
Şimali Makedoniya: Dimitrievski, Musliu, Serafimov, Manev (Çurlinov, 46), Alioski, Bardi, Atanasov (Ademi, 63), Elezi (Doriyev, 74), Elmas, Aşkovski (Dimoski, 46), Miovski (Traykovski, 84).
Qollar: Sudakov, 30 (1:0). Karavayev, 90+6 (2:0).
Vərəqələr: Malinovski, 69. Serafimov, 90+3. Ademi, 90+4. Zinçenko, 90+6 (meydandan kənarda) - sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
14 oktyabr. Praqa. 12939 tamaşaçı.
1. İngiltərə 5 4 1 0 16-2 13
2. İtaliya 5 3 1 1 10-4 10
3. Ukrayna 6 3 1 2 8-7 10
4. Şimali Makedoniya 6 2 1 3 7-14 7
5. Malta 6 0 0 6 1-15 0
17 oktyabr: İngiltərə - İtaliya, Malta – Ukrayna.

Oyundan sonra
Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi: “Bizim üçün rəqibə etinasız yanaşmamaq və həddən artıq risk etməmək şərti ilə 3 xal qazanmaq vacib idi. Komandamız yaxşı templə inkişaf edir. Oyunçularımızın bir-birini daha yaxşı anlamağa çalışması göz qabağındadı. Yaxşı oyun göstərdik. Çərşənbə axşamı İngiltərə ilə oynayacağıq. “Uembli”də keçiriləcək matç bizə bu oyundan sonra qrupdakı şansımızın necə olacağını göstərəcək”.

Sergey Rebrov, Ukrayna yığmasının baş məşqçisi: “Hesabı açandan sonra futbolçularımız müdafiəyə daha çox diqqət yetirməyə başladılar. Topa nəzarət bizdə deyildi. Bu isə rəqibin hesabı daha tez bərabərləşdirmək istəyinə görə idi. Hə, oyunumuzla bağlı iradlar tutula bilər. Amma həmişə dediyim fikri bir də təkrarlaya bilərəm: bu səviyyədə Avropanın ən yaxşı futbolçuları oynayırlar. Bütün problemli məqamlara baxacaq, onları təhlil edəcək və növbəti matça hazırlaşacağıq. Uşaqlara təşəkkür edirəm. Şimali Makedoniya qapımız qarşısında təhlükəli vəziyyətlər yaratdı. Rəqibin meydana yalnız qələbə üçün çıxdığını mən də gördüm. Hər iki komandanın qol şansları oldu. İkinci qolu bir qədər tez vura bilsəydik, matçın qalan hissəsi bizim üçün nisbətən yüngül keçərdi. Amma layiqli qələbə qazandığımızı düşünürəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-10-2023, 15:0

“Skuadra adzurra”nın rekordçusu oldu

Dünya futbolu

30-03-2023, 22:0

Messi yığmada 100 qol vuran 3-cü futbolçu oldu - ŞƏRH

Dünya futbolu

14-10-2023, 19:0

İki ildən sonra…

Manşet / Konfrans Liqası

8-06-2023, 01:0

“Vest Hem” ilk titulunu qazandı - YENİLƏNİB

Dünya futbolu

15-10-2023, 11:0

İtaliyada mərc qalmaqalı böyüyür

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 494
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə