"Qarabağ"ın oyunlarının təqvimi açıqlandı

2.09.2023 11:57 412
Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi 1-ci turda, sentyabrın 21-də "Molde"ni (Norveç) qəbul edəcək, 2-ci turda, oktyabrın 5-də İsveçdə "Hakken"in qonağı olacaq.

Qurban Qurbanovun komandası 3 və 4-cü turlarda oktyabrın 26-da və noyabrın 9-da Almaniya "Bayer"ni ilə qarşılaşacaq.

"Qarabağ" 5-ci turda, noyabrın 30-da "Molde"nin qonağı olacaq, 6-cı turda, dekabrın 14-də Bakıda "Hakken"i sınağa çəkəcək.