UEFA-dan "Qarabağ"la bağlı növbəti paylaşım

17.10.2022 15:36 489
Ölkə futbolu
UEFA Avropa Liqasının rəsmi Tvitter səhifəsi növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

"Footbal-plus.az" xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin Misli Premyer-liqasındakı 9 oyunun hamısında qələbə qazandığını qeyd edilib.

Xatırladaq ki, "Qarabağ" Avropada bu mövsüm xal itirməyən 4 komandadan biridi.