Heç kim Bakıda qalmır, "Qarabağ" İsveçdə bu məkanı seçdi

30.09.2023 19:09 306
Manşet / Avropa Liqası
"Qarabağ" oktyabrın 5-də Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi səfərdə "Həkken"lə qarşılaşacaq. "Köhlən atlar"ın səfər planı bəlli olub. Komanda ayın 3 saat 18.00-da çarter reysi ilə İsveçə yola düşəcək. Zədəli futbolçular - Bəhlul Mustafazadə, Marko Veşoviç də səfərə aparılacaq. Redon Cicanın isə durumu yaxşıdı. Albaniyalı "Həkkeb"lə qarşılaşmada meydana belə çıxa bilər.

"Köhlən atlar" İsveçdə "Scandic Opallen" otelində məskunlaşacaq. Qurban Qurbanovun mətbuat konfransı Yöteberi şəhərində yerləşən "Ullevi" stadionunda saat 18.40-da, açıq məşq isə 19.00-da keçiriləcək.

İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul