"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyan "Bayer-04"ü futbolçusu Ceremi Frimponqla müqavilənin müddətini uzadıb.
"Football-plus.az" xəbər verir ki, 22 yaşlı cinah oyunçusunun sözləşməsi 2028-ci ilə qədər artırılıb.
İngiltərə "Mançester Siti"sinin yetirməsi olan niderlandlı futbolçu 2021-ci ildən Bundesliqa klubunun formasını geyinir.
Qeyd edək ki, “Qarabağ”la “Bayer-04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.