Püşkatma niyə yubanır?

16.10.2023 15:57 198
İdman
Oktyabrın 22-də basketbol üzrə ölkə çempionatı start götürəcək. Lakin hələ də yeni mövsümün püşkatması olmayıb.

Bəs görəsən, bu gecikmənin səbəbi nədi? Məsələ ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Belə ki, “Sərhədçi”nin heyətinə cəlb elədiyi iki amerikalı oyunçu Azərbayacan gəlmədiyi üçün püşkün nə vaxt atılacağı dəqiqləşməyib. Bu məsələni aydınlaşdırmaq üçün komandanın baş məşqçisi Anar Hacıyevlə əlaqə saxladıq:

“Bəli, iki amerikalı oyunçumuz hələ ki komandaya qoşulmayıb. Əslində çoxdan Azərbayacan gəlməliydilər. Sadəcə, bəzi problemlər yaşandı. Özləri ilə də əlaqə saxlayırıq. Dedilər ki, bir neçə günə Bakıda olacağıq. Düzünü desəm, adlarını da bilmirəm. Bu işlə federasiya məşğul olur. Hazırda 7 yerli və 3 legioner oyunçu ilə toplanış keçirik”.


CAVİD ƏLİYEV