Rüstəm Əliyev: “Yeni baş məşqçi gəlsə...” - AÇIQLAMA

23.06.2022 14:49 1 400
Premyer-liqa / Manşet
Uzun müddət davam edən səssizlikdən sonra, nəhayət ki, “Şamaxı” da gündəmə gəldi.

Klubun Müşahidə Şurasına sədr seçilməsə də, komandada baş məşqçi dəyişikliyi gerçəkləşdi. Yeni mövsümdən bölgə təmsilçisini Cavid Hüseynov çalışdıracaq.

Məlumat klub tərəfindən təsdiqlənmədiyi üçün hələ ki “Şamaxı”da baş məşqçi postu Rüstəm Əliyevə məxsusdu. Maraqlıdı, Cavid Hüseynovun komandaya gələcəyi təqdirdə komanda ilə yeni müqavilə bağlayan hazırki çalışdırıcının taleyi necə olacaq? Bu haqda məlumat almaq üçün gənc mütəxəssislə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Bu məsələni dünən eşitmişəm. Bəzi saytlarda gördüm ki, komandaya Cavid Hüseynov gəlir. Amma rəsmi məlumatım yoxdu. Mənim də komanda ilə 1 illik müqaviləm var. Ona görə bu məsələ ilə bağlı hələ heç nə bilmirəm, mənimlə danışıq da olmayıb. Gözləyirəm. Yeni baş məşqçi gəlsə, yəqin ki, mənimlə də danışıq olacaq. Amma hələ ki yeni rəhbərlik gəlmədiyi üçün bu məsələlərin rəsmiyyət tapmadığını bilirəm. Mən hələ də “Şamaxı”dayam”.


ŞAİR ABDULLA