Tovuz şəhər stadionuna işıqlandırma avadanlığı quraşdırıldı

16.10.2023 11:55 244
Ölkə futbolu
Tovuz şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması başa çatıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə bu arenada ev oyunlarını keçirən "Turan Tovuz" klubu paylaşım edib.

Avadanlığın son sınaqlardan uğurla keçdiyi bildirilib.

Misli premyer-liqasında 10-cu turun "Turan Tovuz" - "Qarabağ" qarşılaşmasının süni işıqlandırma ilə baş tutacağı vurğulanıb.

Qeyd edək ki, oktyabrın 20-də reallaşacaq matç saat 18.30-da start götürəcək.