Bununla bağlı “Football-plus.az” saytına açıqlamasında klubun Müşahidə Şurasının sədri Otay Abdullayev məlumat vermişdi. Oqtay onu da bildirmişdi ki, mayın ortalarında və ya sonunda prossesə start veriləcək. Yeri gəlmişkən onu da bildirək ki, Tovuz şəhər stadionunda işıqlandırma sistemi və tabloda yoxdu.
Abdullayevlə bu dəfəki söhbətimizdə örtüyün dəyişdirilməsinə məsələsinə toxunmaqla yanaşı, işıqlandırma və tablo məsələsinin necə həll olunacağı məsələsinə də toxunduq. Müşahidə Şurasının sədri “Football-plus.az” a bu dəfəki açıqlamasında bunları aöylədi:
"Mayın 12-də AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşəcəm. Müzakirələr zamanı siz qeyd etdiyiniz məsələlər barəsində də fikir mübadiləsi olacaq. Böyük ehtimalla, süni örtüyün yenisi ilə əvəzlənməsinə böyük ehtimmalla, mayın sonundan başlanılacaq. Ancaq tablo və işıqlandırma sistemi barədə hələ ki, danışmamışıq. Qarşıdakı görüşdə bu barədə də danışacağıq”.
RƏŞAD





