PFL "Turan Tovuz"un 2 ev oyununun yerini dəyişib

31.07.2023 14:54 342
Ölkə futbolu
Əvvəlcədən nəzərdə tutulduğu kimi 31 iyul tarixdə Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.

"Football-plus.az" xəbər verir ki, aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq Peşəkar Futbol Liqasının İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək aşağıdakı qərarları qəbul edib:

1. Premyer-liqanın 1-ci dövrəsinin oyunu "Araz Naxçıvan" – “Turan Tovuz”, 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçirilsin.

2. Premyer-liqanın 1-ci dövrəsinin oyunu "Qarabağ" - "Turan Tovuz", 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Qarabağ" qarşılaşması kimi keçirilsin.

3. Premyer-liqanın 4-cü turundan etibarən Tovuz şəhər stadionu oyunları qəbul etməyə hazır hesab olunsun və bununla bağlı bütün işlər nəzarətdə saxlanılsın.

Həmçinin məlumatda o da bildirilib ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabr ayının sonunda planlaşdırılır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul