“Bavariya” ilə danışıq aparır

15.10.2023 21:50 248
Dünya futbolu
Leroy Sanenin “Bavariya”da uzun müddət oynamaq imkanı var.

"Football-plus.az" xəbər verir ki, klubu ona yeni təklif irəli sürüb. Artıq tərəflər arasında danışıqlar başlayıb. Sanenin Almaniya klubu ilə müqaviləsinin müddəti gələn yay sona çatacaq. Onun “Liverpul”un hədəfinə düşməsi “Bavariya” rəhbərliyini narahat edir. Bu səbəbdən 27 yaşlı vingerə yeni təklif irəli sürülüb.

Leroy münhenlilərin heyətində 2020-ci ildən çıxış edir. O, ötən müddətdə komandada bundesliqanın 103 oyununda meydana çıxıb və 27 qol vurub.