• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qrupda ilk, özü də inamlı qələbə! - REPORTAJ

Yığma / Reportaj

14-10-2023, 11:0

Bu oyunda qələbə hər iki komanda üçün vacib idi. Təbii ki, qarşılaşmada xal itirən tərəf potensial cəhətdən qrup sonuncusu olacaqdı. De Byazi üçün də bu oyun əhəmiyyətli idi. Çünki komandamız məğlub olacağı təqdirdə yenə italiyalının istefası gündəmə gələcəkdi.

"Football-plus.az" xəbər verir ki, oyuna meydan sahibləri daha yaxşı başladı. Estonlar mərkəzdə topa nəzarət etmək istəyirdi. Bunun fonunda hücumlar quran meydan sahiblərinin cəhdləri boşa çıxırdı. Yığmamız isə ilk təhlükəli hücumda hesabı açdı. 9-cu dəqiqədə Elvinin ötürməsini Toral başla qapıya göndərdi.

Qoldan sonra meydan sahibləri daha yüksək təzyiqlə hücuma keçdi. Lakin Tomas Heberlinin rəhbərlik etdiyi kollektiv qapımız ağzında ciddi təhlükə yarada bilmirdi. Yığmamız isə yaxşı müdafiə olunmaqla yanaşı, əks-hücumlara bel bağlayırdı. Belə məqamların birində komandamız qola yaxın oldu. 20-ci dəqiqədə qurulan kombinasiyanı Mahir uzaqdan zərbə ilə tamamladı. Lakin onda dəqiqlik çatmadı.

Matçın ilk üçdəbirində Canni de Byazinin komandası ağıllı oyun sərgilədi. Rəqibi müdafiədə qarşılayan yığmamız sürətli cinah futbolçuları ilə estonların müdafiəsini yarmağa çalışırdı. Təbii ki, əsas məqsəd arxa xətdə səhvə yol verməmək idi. 30-35-ci dəqiqələr aralığında estonlar meydanın mərkəzini belə keçə bilmirdi. Lakin Poomun uzaqdan zərbəsi rəqibi yuxudan ayıltdı. Bu epizodda Şahruddin möhtəşəm seyvlə diqqəti çəkdi. Ümumiyyətlə, ilk hissədə demək olar ki, hamı yaxşı təsir bağışladı. Təkcə Mahirdən başqa. Forvard meydanda özünə yer tapa bilmirdi. Əksər hallarda fərdi keçidlərə üstünlük verirdi. Belə olan məqamlarda isə topu itirməli olurduq.

İlk hissənin son 5 dəqiqəsində topa və oyuna nəzarət bütövlüklə milli komandamızda idi. Bizimkilər rəqibi qapanmağa məcbur etdi. Bu da əlavə dəqiqələrdə işə yaradı. Künc zərbəsindən sonra qurulan hücumda Rahil qapı önünə ötürmə göndərdi. Top Pikkin əlinə dəydi. Lakin almaniyalı referi oyunu davam etdirdi. Futbolçularımızın etirazından sonra Şröder VAR-dakıların xəbərdarlığı ilə epizodu yenidən izləyərək 11 metrlik cərimə zərbəsi təyin etdi. “Nöqtə”yə yaxınlaşan Ramil dəqiq oldu. Beləliklə, ilk yarı yığmamızın 2:0 hesablı üstünlüyü ilə başa çatdı.

Baş məşqçilər fasilədə hansısa dəyişiklik etmədi. İkinci hissəyə komandamız daha fəal başladı. 49-cu dəqiqə Coşqun uzaqdan zərbə ilə şansını yoxladı. Lakin o dəqiq ola bilmədi. 51-ci dəqiqədə isə Mahir çoxgedişli kombinasiyanı qeyri-dəqiq zərbə ilə tamamladı.

Qarşılaşmanın üçdəikisi başa çatan zaman 2 qollu üstünlüyümüz davam edirdi. Estonlar məğlub olduqlarını görərək hücuma atılmağa başladılar. Lakin onlar müdafiəmizi yara bilmirdi. Bu səbəbdən dən uzaqdan zərbələrlə şanslarını yoxlayırdılar. Belə epizodların biri 61-ci dəqiqədə yaşandı. Pumun uzaqdan zərbəsinin qarşısını Şahruddin çətinliklə ala bildi.

Oyunun əldən getdiyini görən Tomas Heberli birdən-birə üç dəyişiklik etdi. Bundan sonra topa nəzarət estonlara keçdi. Lakin yığmamız müdafiədə etibarlı oyun göstərirdi. 75-ci dəqiqəyə kimi De Byazi 5 dəyişikliyin hamısından istifadə etdi. İtaliyalı mütəxəssis müdafiəni düşünürdü. Həm də sarı vərəqəsi olan futbolçuları təhlükəyə atmaq istəmirdi. Bunun da nəticəsində estonlar daha çox hücumlar qurmağa başladı. Lakin ya futbolçularımızın etibarlı oyunu, ya da meydan sahiblərinin qeyri-dəqiqliyi hesabın dəyişməsinə imkan vermirdi.

Son 10 dəqiqədə üstün tərəf meydan sahibləri idi. Lakin 87-ci dəqiqədə Renat yüzfaizlik qol imkanını əldən verdi. Forvard həmin epizodda fərqlənsəydi, yığmamız tarixində ilk dəfə səfər matçında 3 qollu qələbə qazanacaqdı. Görüşün sonlarında tərəflərdən heç biri fərqlənə bilmədi. Beləliklə, yığmamız F qrupunda ilk qələbəsini qazanmaqla xalını 4-ə çatdırdı. Bu uğurun davamını “doğma divarlar” arasında – Avstriya ilə oyunda gətirmək lazımdı.

Bu qrupun dünən daha bir oyun keçirilib: Avstriya – Belçika 2:3.

1. Belçika 6 5 1 0 16-3 16
2. Avstriya 6 4 1 2 14-7 13
3. İsveç 5 2 0 3 11 8 3 6
4. Azərbaycan 5 1 1 3 4-11 4
5. Estoniya 6 0 1 5 2-18 1

Gözdən qaçmadı
* Aleksey İsayevlə Höccət Haqverdinin himnimizi oxumaması şərhçi Şəmsəddin Abbasovu əsəbləşdirdi.
* Qarşılaşmanı izləyənlər arasında əsasən “Milli Dəstə” ətrafında birləşən 400-500 azərbaycanlı da var idi. Onların səsi tez-tez efirdən eşidilirdi.
* Penalti epizodu zaman Mahir Emreli almaniyalı hakimə kəskin etiraz etdi. Onu Ramil Şeydayev itələyərək referinin yanından uzaqlaşdırdı.
* 11 metrlik cərimə zərbəsini Emin vurmaq istəyirdi. Lakin Ramil Şeydayev ona etiraz edərək topu əlinə aldı.
* Mahir Emreli meydanı tərk edən zaman deyinirdi. Lakin o, yekunda De Byazinin əli sıxdı.
* Oyun bitən kimi De Byazi ehtiyat oyunçular skamyasında əyləşən hər kəslə bir-bir görüşərək təbrik etdi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma / Reportaj

20-06-2023, 13:0

Estoniyada da Bakıdan xalla getdi, biz kimi udacağıq? - REPORTAJ

Yığma / AÇ / Reportaj

28-03-2023, 13:0

Daha bir milli fiasko – bu dəfə 0:5! - REPORTAJ

Yığma / Reportaj

14-09-2023, 14:0

Samir Əliyev seçmə mərhələyə məğlubiyyətlə başladı - REPORTAJ

Çempionlar Liqası

13-07-2023, 15:0

“Cırtdan” “Qarabağ”ın əsəbləriylə oynadı - REPORTAJ

Manşet / Reportaj

17-11-2022, 12:0

Milli ardıcıl 4-cü qələbəsini necə qazandı?

Reportaj / Avropa Liqası

7-10-2023, 15:0

Ardıcıl 2-ci qələbə ilə pley-offa doğru! - REPORTAJ

Aktual
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Son xəbərlər
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 163
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə