• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Daha bir milli fiasko – bu dəfə 0:5! - REPORTAJ

Yığma / AÇ / Reportaj

28-03-2023, 13:0

Canni de Byazi Astriya ilə oyundan fərqli meydana dörd yeni futbolçu buraxmışdı.

"Football-plus.az" xəbər verir ki, Eddi İsrafilov zədə səbəbindən, Yusif İmanov, Bəxtiyar Həsənalızadə və Ozan Can Kökçü isə zəif oyuna görə ilk “11-liy”ə salınmamışdı. Lakin italiyalı mütəxəssis yenə 4-3-3 sistemindən istifadə etmişdi. Bundan başqa, Toralın sağ, Ramilin sol cinah vingeri kimi oynaması qəribə idi. Buna baxmayaraq, komandamız ilk 30 dəqiqədə yaxşı mübarizə apardı. Daha çox Emin, Toral, Renat “üçlüy”ü diqqəti çəkirdi. Lakin kollektiv ümumilikdə hücum qurmaqda çətinlik çəkirdi. 30-cü dəqiqədəm sonra meydan sahibləri toparlana bildi. Əslində 29-cu dəqiqədə İsakın sayılmayan qolu bizimkilər üçün həyəcan təbili olmalıydı. Amma olmadı və meydan sahibləri 38-ci dəqiqədə Forsberqlə hesabı açdı. Əvvəlcə Cəfərquliyev hava mübarizəsində Dyekereşə uduzdu. Dyekereşdən ötürmə alan Forsberq aldadıcı hərəkətlərlə Höccət, Bəhlul və Riçardı işsiz qoyub qapıya zərbə vurdu. Balayevin görmə bucağı daralsa da, bu zərbənin qarşısını ala bilərdi. Əslində yığma qoldan sonra ruhdan düşmədi. Hissənin sonunda Bəhlul hesabı bərabərləşdirmək şansı qazandı. Ancaq bu müdafiəçi həmişə olduğu kimi, yenə də həlledici zərbəni dəqiq vurmaqda çətinlik çəkdi.

Gözləmək olardı ki, komandamız 2-ci hissəyə hesabı bərabərləşdirmək ümidi ilə çıxacaq. Təəssüf ki, tam bir fiasko izlədik. Futbolçularımız nə edəcəyini bilmirdi. Bu da meydan sahiblərinə sərf edirdi. Anderssonun komandası sürətli hücumlarla bizimkiləri çaş-baş salırdı. Belə məqamların birində - 65-ci dəqiqədə Bəhlul topu öz qapımıza göndərdi. 0:2 artıq oyunun taleyinin həll olunması demək idi. Bundan sonra millinin oyun sistemi tam pozuldu. Futbolçular ancaq meydanda gəzişirdi. De Byazi oyunun axarını dəyişmək üçün əvəzetmələrə əl atdı - Elvini Namik, Höccəti Cəlal əvəzlədi. “Şamaxı”nın üzvü karyerasında ilk dəfə müdafiənin sağında çıxış edirdi. Bu da əks-hücumlar zamanı səhvlər etməyimizə səbəb olurdu. 79-cu dəqiqədə Dyekereş belə məqamı boşa vermədi. Artıq komandamız nəzarəti tam əldən vermişdi. 88-ci dəqiqədə Karlsson möhtəşəm cərimə zərbəsindən fərqləndi. 1 dəqiqə sonra isə Elanqa hesabı biabırçı həddə çatdırdı. Yenə meydanın mərkəzindən oyuna başlaya bilməməyimiz başımıza bəla oldu. Cəlalın səhvindən sonra “Mançester Yunayted”in üzvü qarşılaşmada son nöqtəni qoydu.

Artıq əminliklə demək olar ki, yığmamız üçün Avropa çempionatının seçmə mərhələsi başlamadan bitib. İlk iki oyunda darmadağınlar, 9 buraxılan top başqa cür düşünməyə əlyeri qoymur. Onu da nəzərə alaq ki, qrupun daha bir nəhəngi Belçika hələ yığmamız önünə çıxmayıb. Bu qrupda bacara biləcəyimiz yalnız Estoniyadan xallar almaqdı. Estoniyadan xal almaq üçün yola De Byazi, yoxsa bir başqası ilə davam etməli olduğumuza isə artıq AFFA qərar verməlidi.

Bütün hallarda milli komandanın ölkədə qürur yox, nifrət obyektinə çevrildiyini, bu nifrətin gündən-günə dərinləşdiyini görmək çox ağır, kədərli mənzərədi. Bu biabırçılığa son qoyulmalıdı. Amma necə?!

Paylaş:
Digər xəbərlər

Yığma

24-03-2023, 13:0

De Byazi 3 futbolçudan imtina etdi

Yığma / Manşet

25-03-2023, 01:0

Millimiz Avstriyadan əliboş dönür - YENİLƏNİB

Yığma

18-03-2023, 10:0

Millimizin Avstriya və İsveçlə oyunlar üçün heyəti açıqlandı

Manşet / Reportaj

17-11-2022, 12:0

Milli ardıcıl 4-cü qələbəsini necə qazandı?

Yığma

27-03-2023, 16:0

De Byazi bu futbolçuları sifariş ərizəsinə daxil etmədi

Yığma / Manşet

17-03-2023, 18:0

Millimizin heyəti bəlli oldu

Aktual
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Son xəbərlər
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 164
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə