“Kəpəz” azarkeşləri cari mövsümdə doğma meydanda yaratdıqları möhtəşəm atmosferlə diqqəti çəkirlər. Bu dəfə isə onların qarşısında ölkənin ən titullu klubu dayanacaq. Təbii ki, “Qarabağ” da Gəncəyə dəstəksiz yollanmayacaq. Ağdam təmsilçisinin əsas fanklublarından biri olan, srağagün yaranışının 17-ci ildönümünü qeyd edən “İmarət Tayfa” da bu səfərə ciddi hazırlaşır.
Bəs say baxımından rəqib azarkeşlərdən təxminən 14 dəfə az olacaq “Qarabağ” tərəfdarları Gəncədəki tribunaların təzyiqinə necə müqavimət göstərəcəklər? Fanklub üzvləri komandalarının Gəncədən üç xalla dönəcəyinə inanırlarmı?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün “İmarət Tayfa”nın rəhbəri Elnur Quliyevlə əlaqə saxlayıb:
“Həmin gün şəhidimiz Məhəmməd Əlinin doğum günüdü. Uşaqlar maksimum sayda oyuna getməyə çalışacaqlar. Artıq dörd-beş avtobusla danışılıb. Oyun günü yola düşəcəklər və yaxşı formada “Qarabağ”ı dəstəkləyəcəklər.
“Qarabağ”dan qələbə gözləyirik. Amma düşünürəm ki, komandanın tam özünə gəlməsi qış fasiləsindən sonra olacaq. Çünki yeni gələn oyunçularla birlikdə heyətin tam və istənilən formada bir araya gəlməsi, demək olar ki, mümkün olmadı. Gedənlər də çox oldu, yeni gələnlər də. Milli komandaların oyunları ilə bağlı fasilələr və digər səbəblərdən çempionatda tez-tez ara yaranır. Bir-iki həftə oyun keçirəndən sonra yenidən fasilə düşür. Ona görə də komanda qış fasiləsindən sonra tam özünə gələcək”.

İSRAYIL XEYRULLAYEV