"Sampdoriya" U-21 millimizin hücumçusu Lorentso Mezzoteronun müqavilə müddətini artırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı forvardla 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Mezzotero 2024-cü ilin yayından "Sampdoriya"da çıxış edir. Gənc futbolçu cari mövsümdə B Seriyası təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub. Ayxan Abbasov onu əsas yığmamıza dəvət etmişdi. O. zədəli olduğu üçün toplanışına qatıla bilməmişdi.
"Sampdoriya" Mezzotero ilə yeni müqavilə imzaladı
Ölkə futbolu




