• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Trabzonspor” Byelitsa ilə vidalaşmağa hazırlaşır

Dünya futbolu

11-10-2023, 15:0

Türkiyənin 4 nəhəngindən biri “Trabzonspor” məşqçi dəyişikliyinə hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, komanda Nenad Byelitsa ilə heç cür istənilən nəticələri qazana bilmir. Qaradənizlilər son turda Adana səfərindən minimal hesablı məğlubiyyətlə qayıtdılar. Bu, komandanın 8-ci turda 4-cü məğlubiyyəti oldu. Byelitsa klub tarixində ilk 8 turda 4 məğlubiyyət yaşayan 5-ci məşqçidi. Əslində ev oyunlarında nəticələr qənaətbəxşdi. Qaradənizlilər bu məşqçi ilə indiyə qədər 7 ev matçından 6 qələbə, 1 məğlubiyyətlə ayrılıblar. Amma Byelitsa səfər oyunlarına heç cür çarə tapa bilmir. Rəqib meydanlarında isə göstəricilər belədi: 9 oyun, 2 qələbə, 7 məğlubiyyət. 52 yaşlı xorvatiyalı mütəxəssis bu vəzifədə heç 6-cı ayını da tamamlamayıb! O, aprelin 19-da, yəni ötən mövsümün sonlarına yaxın “Trabzonspor”la ikiillik müqavilə imzalamışdı. “Bordo-mavililər”in bu müddətdə bir dənə də heç-heçəsi yoxdu. Komanda Byelitsa ilə keçirdiyi 16 qarşılaşmadan 8 qələbə və 8 məğlubiyyət ilə ayrılıb. Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərlik hazırda bu məşqçi ilə təzminatla bağlı danışıq aparır. Byelitsanın illik qazancı 1,6 milyon avrodu və o, superliqanın ən çox qazanan məşqçisidi! Ötən mövsümün son 8 turu üçün ona 100 min avro ödənilmişdi. Bu mövsümdən etibarən isə 1,6 milyon avro qazanmalıydı. Problem yaradan məqam odu ki, Byelitsa təzminatın hamısını tələb edir. Rəhbərlik isə məbləği və klubun büdcəsinə dəyəcək ziyanı mümkün qədər aşağı salmağa çalışır.

Şayiələrə inansaq, başqan Ərtuğrul Doğan Byelitsanı Abdulla Avcı ilə əvəzləmək istəyir. 2021/22-də camiəyə tarixi çempionluq yaşadan Avcı qayıtmağın əleyhinə deyil və rəhbərlikdən xəbər gözləyir. Ötən mövsümün gedişində məhz Avcının istefasından sonra Byelitsa bu vəzifəyə gətirilmişdi. Diqqəti çəkən məqam odu ki, “Trabzonspor” bu məşqçi ilə həm ötən mövsümün son 8 turunda, həm də bu mövsümün ilk 8 turunda 12 xal toplayıb. Byelitsa komandanı 6-cı pillədə qəbul etmişdisə, hazırda “Trabzonspor” 7-ci pillədədi. Ayrılıq rəsmiləşsə, Byelitsa məşqçi karyerasının ən qısamüddətli təcrübəsini yaşamış olacaq. Buna qədər o, çalışdırdığı klublarda 7 aydan az işləməyib. Onu da bildrək ki, “Trabzonspor” bu yay Byelitsanın istəyi ilə transfer edilən 5 futbolçuya görə ümumilikdə 8,6 milyon avro ödəyibi. İstefanın qısa müddətdə rəsmən açıqlanacağı və komandanın yığma fasiləsindən sonra “Alanyaspor”la oyuna Avcının başçılığı altında çıxacağı gözlənilir.

Hələ ki bu mövsüm superliqada 7 istefa reallaşıb. İstefaların sayı yaxın günlərdə arta bilər. “Trabzonspor”dan başqa “Antalyaspor” və “Konyaspor”da da vəziyyət gərgindi. “Antalyaspor”da başqan Səbri Güləlin təzyiqlərə dözməyərək istefa verdiyi məlum olub. Bu üzdən 2 ilə yaxın bu vəzifəni icra edən baş məşqçi Nuri Şahin də yeni rəhbərliyin önünü açmaq üçün hər an istefa verə bilər. “Konyaspor” rəhbərliyi isə yanvarda baş məşqçi postuna gətirilən serbiyalı Aleksandar Stanoyeviçin nəticələrindən narazıdı. Həm “Antalyaspor”, həm də “Konyaspor” 8 tura 9 xal toplayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-10-2023, 17:0

''Trabzonspor''da Byelitsa dönəmi bitmək üzrədi

Dünya futbolu

22-04-2023, 12:0

Byelitsa ''Trabzonspor''un tarixinə antirekordla düşdü

Dünya futbolu

30-04-2023, 16:0

''Trabzonspor'' yeni məşqçi ilə də məğlubiyyətləri sıralayır

Dünya futbolu

5-07-2023, 13:0

“Trabzonspor”da üç yeni transfer

Dünya futbolu

12-11-2022, 20:0

Son çempion ötən mövsümkü qrafikindən 10 xal geridədi

Dünya futbolu

1-08-2023, 19:0

“Trabzonspor” Yunanıstan çempionu ilə bacarmadı

Aktual
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Son xəbərlər
  • Bu gün, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Bu gün, 17:40
    "Kəpəz" uduzdu, "Sumqayıt" "Qəbələ"yə qarşı - YENİLƏNİR
  • Bu gün, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Bu gün, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Bu gün, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Bu gün, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Bu gün, 13:55
    Nərimanın komandası uduzdu
  • Bu gün, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
Daha çox
Oxunub: 253
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 236
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 229
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 166
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 158
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 144
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə