Dambrauskasdan şok heyət – Mikelsi də ehtiyatda saxladı!

4.11.2026 23:05 171
Avrokuboklar
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bakı vaxtı ilə saat 00.00-da başlayacaq “Vikinq”lə oyun üçün maraqlı start heyəti seçib.

Litvalı mütəxəssisin ilk “11-liy”i belədi: 92. Stas Pokatilov (k), 27. Timoteuş Puxaç, 4. Eyden Makkarti, 3. Stiv Solvet, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 21. Velko Simiç, 6. Abdulla Xaybullayev, 8. Kristian Nvaçukvu, 99. Patrik Mbina.

Dambrauskas “Borussiya”ya qarşı oynayan start heyəti ilə müqayisədə üç dəyişikliyə əl atıb: Du Keyros, Kahim Parris və Coy-Lens Mikelsin əvəzinə bu dəfə Abdulla Xaybullayev, Patrik Mbina və Kristian Nvaçukvu şans qazanıb.

Nə deyirik, təki belə radikal taktiki dəyişiklik nəticə versin. Dambrauskas bilən məsləhətdi!

ORXAN