• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” Keyn üçün sonuncu dəfə cəhd edəcək

Dünya futbolu

11-08-2023, 20:0

Mövsüm başlamaq üzrə olsa da, “Bavariya” hələ də “axsayan” mövqeləri gücləndirə bilməyib.

"Football-plus.az" xəbər verir ki, əslində hələ ötən mövsümdən yüksək səviyyəli mərkəz hücumçusuna ehtiyac duyan Münhen nəhəngində Sadio Manenin ayrılmasından sonra bu problem daha da aktuallaşıb. Harri Keynlə bağlı uzun müddətdi danışıqlar davam etsə də, “rekordmayster” hələ ki İngiltərə yığmasının kapitanını “Tottenhem”dən heç cür “oğurlaya” bilmir. London klubu son dönəmlərdə Keynə görə “Bavariya”nın bir neçə rəsmi təklifini geri çevirib. Amma danışıqlar davam edir. Təcrübəli forvard isə hər şeyin mümkün qədər tez, yeni mövsümün startına qədər bəlli olmasını istəyir. Premyer-liqada yeni mövsüm artıq sabah start götürür. Keyn “Bavariya”ya bu keçidi həll etmək üçün həftəsonuna qədər vaxt verib. Bir çox mənbələrin iddiasına görə Münhen klubu qarşıdakı 24 saat ərzində Keynin transferinə yenidən cəhd edəcək. Budəfəki təklifin 120 milyon avro olacağı gözlənilir. Bu məbləğin 10 milyon avrosu bonuslar şəklindədi.

“Bavariya”nın daha bir problemli mövqeyi qapı xəttidi. Dekabrda ayağı qırılan Manuel Noyer artıq məşqlərə başlayıb. Amma məşhur qapıçının ağrıları yenə də davam edir. Sağ ayağı qırılan Noyer məşqlərdə topa sol ayaqla zərbə endirməyə çalışır. Amma hətta sol ayaqla vurduğu zərbələr zamanı da ağrılar hiss edir. “Bild” nəşrinin yazdığına inansaq, təcrübəli əlcək sahibinin yaşıl meydanlara qayıdışı üçün daha 8-10 həftə gözləmək lazım gələcək. Hətta Noyerin bu ilin sonuna qədər oynanaması ehtimalı da var. Yanvarda transfer edilən Yans Zommer artıq “İnter”in oyunçusudu. Ona görə də “Bavariya” hazırda yenə Sven Ulrayxın ümidinə qalıb. Artıq şənbə günü komandanı ölkə superkuboku uğrunda “Leyptsiq”lə oyun gözləyir. Bu görüşdə qapını Ulrayx qoruyacaq. Elə gələn həftə start götürəcək bundesliqanın ilk turunda “Verder”lə oyunda da, çox güman, qapı yenə Ulrayxa tapşırılacaq. Yeni qapıçı transferinə gəlincə, rəhbərlik baş məşqçi Tomas Tuxelin istəyi ilə diqqətini “Çelsi”li Kepa Arrisabalaqaya yönəldib. Son günlər “Bavariya” “Brentford”lu David Raya ilə maraqlansa da, ispaniyalının boyunun başqa qapıçılarla müqayisədə kiçik (183 sm) olması üzündən Tuxel bu transferi dəstəkləməmişdi. Arrisabalaqanı isə Tuxel “Çelsi”dən gözəl tanıyır və onun keyfiyyətlərinə bələddi. İspaniyalı həm də top-səviyyəli qapıçı statusuna uyğundu. “Sport1”in məlumatına görə artıq “Bavariya” ilə “Çelsi” arasında ilkin danışıqlar baş tutub. Münhen nəhəngi bu transferi mümkün qədər tez həll etməyə çalışır. Xatırladaq ki, 2018-dən “Çelsi”də çıxış edən 29 yaşlı Arrisabalaqa ötən mövsüm premyer-liqada 29 oyuna çıxaraq 33 qol buraxıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-08-2023, 21:0

Keynin şərti var

Dünya futbolu

12-09-2022, 11:0

"Bavariya"dan Harri Keyn açıqlaması

Dünya futbolu

11-07-2022, 13:0

Keynin Münhenə yolu bağlandı

Dünya futbolu

22-06-2022, 16:0

"Bavariya" Manenin transferini açıqladı

Dünya futbolu

2-08-2023, 11:0

“Bavariya” ona görə 100 milyon avro təklif etdi

Dünya futbolu

9-08-2023, 19:0

Keyn “Bavariya”da olacaq, yoxsa olmayacaq?

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 96
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə