Avstraliyalı tennisçi Nik Kiryos “böyük üçlük”dən ən çətin rəqibinin kim olması haqda danışıb:
“Nadala qarşı həmişə yaxşı oynamışam, onunla ən uğurlu matçlarım olub. Federer isə məni özümü zibil kimi hiss etməyə məcbur edib. Onunla harda oynayırsan-oyna, həmişə azarkeşlərin sevimlisi idi. Hər kəs Federerin daim qələbə qazanmasını istəyirdi, bu üzdən, yəqin ki, onunla qarşılaşmaq daha çətin idi. Hesab edirəm ki, Novak Cokoviç tennis tarixinin nəhəngidi, ancaq mənim üçün ən çətin rəqib Federer olub. Onda nəsə fərqli özəllik var idi... Kortda çox aqressiv görünürdü, adama nəfəs almağa imkan vermirdi”.
Kiryos serb Novak Cokoviçlə şəxsi görüşlərdə 2:1 irəlidədi, Rafael Nadalla duellərin hesabı 6:3 ispaniyalının xeyrinədi. İsveçrəli Rocer Federer isə Kiryosla keçirdiyi 7 oyunun yalnız birində məğlub olub.