Əfran İsmayılov hələ komandasına ad qoymayıb

9.10.2023 14:54 236
Aktual / Ölkə futbolu
Əfran İsmayılovun yeni mini-futbol komandası yaratmaq niyyəti barədə yazmışdıq. Amma o, bununla bağlı daha geniş açıqlama verəcəyini də bildirmişdi.

Bu yöndə hansısa yeniliyin olub-olmadığını aydınlaşdırdıq:

"Demək olar ki, komandanı yaratmışam. İşlərin 80-90 faizi həll olunub. Bir neçə xırda məsələ, o cümlədən kluba ad qoymaq qalıb. Bununla bağlı da iki-üç variant var, hazırda onun müzakirəsi gedir. Cəlbedici ad olmasını istəyirik. Ən geci gələn həftə məlumat verəcəyik. Komandamda yığmamızın sabiq üzvləri yer alacaq. Uşaqlar sağ olsun, hər biri razılıq verib".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul