Əfran İsmayılov Prosineçkini müdafiə etdi: “O demir ki, inkişaf yox idi”

12.06.2023 15:29 297
Aktual / Ölkə futbolu
Milli komandanın sabiq baş məşqçisi Robert Prosineçki maraqlı açıqlama verib.

Xorvatiyalı mütəxəssis heç bir inkişaf görmədiyini deyib:

“Azərbaycanda keçirdiyim 3 il maraqlı təcrübə oldu. Yalnız oyuna 2 həftə qalmış Azərbaycana gedən sələflərimdən fərqli mən ailəmlə birgə orda yaşayırdım. Biz yaxşı oyun nümayiş etdirməklə Norveçə qalib gəldik, Xorvatiya və Çexiya ilə heç-heçə etdik. Amma 3 il sonra gördüm ki, Azərbaycan millisində inkişaf yoxdu”.


"Football-plus.az" olaraq onun söylədiklərinə vaxtilə rəhbərliyi altında oynayan Əfran İsmayılovun fikirlərini öyrəndik:

"Robert Prosineçkiylə çox yaxşı, səmimi münasibətlərimiz var. Bu yaxınlarda yeni komandaya keçdi, onu təbrik də etdim. Mütəxəssisin müsahibəsindən xəbərdaram. Əslində onun nə demək istədiyini çoxları düz anlamayıb. O demir ki, inkişaf yox idi. Qeyd edib ki, mən gedəndən sonra Azərbaycan millisində bir inkişaf gözə dəymir. Adam haqlıdı. Statistikaya baxın, müqayisə edin. Prosineçkinin vaxtında millimiz neçə xal toplayıb, qrupda və FİFA reytinqində harda idi, indi hardadı? Xorvatiyalıdan sonra yığmamıza gətirilən əcnəbilərin işi biabırçı məğlubiyyətlərlə qrupda sonuncu olmaqdı".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul