Fransa və Portuqaliyanın futbol qurumları "Kəpəz"ə problem yaradıb

8.10.2023 11:55 239
Premyer-liqa / Manşet
"Kəpəz"in iki yeni futbolçu ilə güclənəcəyini diqqətinizə çatdırmışdıq.

“Sarı-göylər”in baş məşqçisi Azər Məmmədov "Football-plus.az"a açıqlamasında qapıçı İqor Rodrigeslə hücumçu Adame Nianenin transfer edildiyini bildirmişdi. Hər iki oyunçu bir müddətdi düşərgədədi. Lakin Gəncə klubu onlarla münasibətlərin rəsmiləşməsi haqda məlumat yaymır. Görəsən, bunun səbəbi nədi? Müqavilələrin imzalanması niyə yubanır? Və ya imzalanıbsa, niyə açıqlanmır?

Bu sualları "Kəpəz"in baş məşqçisi Azər Məmmədova ünvanladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Hər iki futbolçu ilə birillik müqavilə imzalamışıq. Amma hələ rəsmi şəkildə açıqlaya bilmirik. Çünki onların sonuncu oynadığı klubların ölkələrinin futbol qurumları müqaviləni təsdiqləmir. Bizə açıqlanmayan səbəblərə görə məsələ yubadılır. Ümid edirəm ki, yaxın bir-iki gün ərzində qarşı tərəfdən müsbət cavab alarıq".


Qeyd edək ki, İqorun sonuncu klubu Portuqaliya "Feyrense"si, Adamanın sonuncu klubu isə Fransa "Soşo"sudu.

KƏNAN BAHADIR