“Azərbaycan basketbolunun inkişafı üçün əlimdən gələni etməyə hazıram” – amerikalı ulduz

7.10.2023 22:16 406
İdman / Müsahibə
“Sabah” avrokuboklarda debüt etdi və dərhal də təsnifat mərhələsini adlamağı bacardı.

Bu uğurda rolu olanlaran biri də komandanın 25 yaşlı amerikalı oyunçusu Kivon Devenportdu. O, “Football-plus.az”a eksklüziv müsahibə verdi.

- Qrup mərhələsində keçirdiyiz üç oyunun hamısında qalib gəldiz. Çoxları “Sabah”dan belə nəticə gözləmirdi.
- Mən və komanda yoldaşlarım həmişə meydana qələbə üçün çıxırıq. Hər oyunda belədi. Yeganə məqsəd qazanmaq və mərhələ adlamaqdı. Şükürlər olsun, bunu da bacardıq.

- 18 ildən sonra Azərbaycan klubu avrokuboklarda tarix yazdı və sən də bu tarixin içində oldun. Necə hissdi?
- Bura gələrək komandaya, ölkəyə tarix yazdırmaq möhtəşəm hissdi. İndi hiss edirəm ki, yalnız irəliləmək vaxtıdı. Məqsədim Azərbaycan basketbolunun inkişafıdı. Bunun üçün də əlimdən gələn hər cür köməyi etməyə hazıram.

- Ölkəmizə uyğunlaşa bilirsən?
- Yavaş-yavaş öyrəşirəm. Bura gözəl yerdi.

- Növbəti mərhələdəki rəqibləriniz "Mornar", "Baxşaşəhir" və "Nimburk"du. Mərhələ adlamaq şansınız nə qədərdi?
- Qrupdakı rəqiblərlə tanış oldum. Lakin bu komandalar haqda hələ ki məlumatlı deyiləm. Həm də hansı komandanın çətin olduğunu söyləmək tezdi. Təhlil etdikdən sonra hər şey haqda məlumatlı olacağıq.

- Bu mövsüm hədəfləriniz nədi?
- FİBA Avropa Kubokunda irəliləmək və yenidən ölkə çempionu olmaq.

CAVİD ƏLİYEV