Ceyhun Nuriyevin qürur hissi - AÇIQLAMA

28.03.2022 22:00 647
Aktual / Manşet
21 yaşadək futbolçulardan ibarət millimiz AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Estoniyayaya 3:0 hesabı ilə qalib gəldi.

U-21-in üzvü Ceyhun Nuriyev qrupdakı ilk qələbə ilə bağlı təəssüratını "Football-plus.az" saytı ilə bölüşdü:

"Millinin şərəfini qorumaq qürurverici hissdi. Şükür ki, məşqçi şans verdi və mən də qalib gəlməyimiz üçün əlimdən gələni etdim. Qələbə qazanmaq çox gözəl hissdi. Matça ciddi hazırlaşmışdıq və 3 xal qazanacağımıza inanırdıq. Əsl komanda oyunu göstərdik və qələbə qazandıq".


SƏNƏM FƏRHADOVA