Dünən avrokuboklarda debüt edən "Sabah" UEFA reytinqdə Azərbaycana xal qazandırıb.
"Football-plus az" xəbər verir ki, Bakı təmsilçisi buna Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya RFS-inə ilk oyunda 2:0 hesabı ilə qalib gələrək nail olub. Bu qələbə ilə son 5 mövsümdəki ümumi xallarının sayı 15,000-a çatan Azərbaycan reytinqdə 29-cu yerdə qalıb.
"Qarabağ" dünən ÇL-in 2-ci təsnifat mərhələsinin ilk matçında "Rakov"a 2:3 hesabı ilə uduzduğu üçün ölkəmizə xal qazandırmayıb.
Qeyd edək ki, reytinqə İngiltərə (88,928) 1- ci, İspaniya (75,927) 2-ci, İtaliya (71,569) 3-cü pillədə qərarlaşıb.