"Komandanın mənimlə qalib gələcəyini sübut etməyə hazıram" - Eden Hazard

23.07.2022 20:56 420
Dünya futbolu
"Real"ın futbolçusu Eden Hazard ABŞ-da təlim-məşq toplanışı çərçivəsində "Barselona" ilə yoxlama matçında oynamağa hazırdı.

"Football-plus.az" xəbər verir ki, bu barədə belçikalı oyunçu "Marca"ya açıqlamasında deyib:

"Həm fiziki, həm də mənəvi cəhətdən oynamağa hazıram. İstirahət bitdi, hamı dincəldi, indi mövsümə hazırlaşırıq. Komandanın mənimlə qalib gələcəyini sübut etməyə hazıram"
.


Qeyd edək ki, "Real" - "Barselona" görüşü sabah Bakı vaxtı ilə saat 07.00-da başlayacaq.