• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qalib Mançesterdə müəyyənləşəcək - REPORTAJ

Dünya futbolu / Reportaj

12-05-2023, 15:0

Real – Mançester Siti 1:1 (1:0)
Real (Madrid, İspaniya): Kurtua, Karvaxal, Rüdiger, Alaba, Kamavinqa, Valverde, Kroos (Çuameni, 84), Modriç (Naço, 87), Rodriqo (Asensio, 81), Benzema, Vinisius.
Mançester Siti (İngiltərə): Ederson, Uoker, Stounz, Diaş, Akanci, Rodri, Gündoğan, De Bruyne, B.Silva, Holann, Qriliş.
Qollar: Vinisius, 36 (1:0). De Bruyne, 67 (1:1).
Vərəqələr: Kroos, 45+3. Gündoğan, 71. Kamavinqa, 79. B.Silva, 86 – sarı.
Hakim: Artur Diaş (Portuqaliya).
9 may. Madrid. 63485 tamaşaçı.
Cavab oyunu mayın 17-də keçiriləcək.
oyunun statistikası
13 (3) qapıya (“çərçivə”yə) zərbə 10 (6)
8 künc zərbəsi 7
0 ofsayd 2
11 qayda pozuntusu 11
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
43 topa sahibolma (faizlə) 57

“Real”la “Mançester Siti” ardıcıl 2-ci il ÇL-in yarımfinalında üz-üzə gəlir. Ötənilki oyunlar möhtəşəm alınmışdı, xüsusən də cavab görüşü. Qvardiolanın komandası 90-cı dəqiqəyə qədər hesabda 1:0 öndə olsa da, madridlilər qalan müddətdə iki qol vurmaqla oyunu əlavə vaxtda daşıdı, orda isə Benzema həlledici qolu vurdu. Yenə ehtiraslı mübarizə gözləyən azarkeşlər arzusuna çatdı.

Meydana gözlənilən heyətlər çıxdı. Hər komandanın bir itkisi var idi – Militao cəzalıydısıa, Ake zədələnmişdi. Ançelotti təəccübləndirdi, ancaq heyət seçimi ilə yox, taktika ilə. “Real” səfər oyunlarında topu bəzən rəqibə verir, evdə, adətən, özünü meydan sahibi kimi aparır. Ancaq madridlilər bu oyuna gözlənilmədən passiv başladı. İlk 15 dəqiqədən sonra topa nəzarət faizi 73-ün 27-yə nisbətində qonaqların xeyrinə idi. Bütün komponentlərdə yaxşı olan “Siti” qapıya zərbə vurmağı da unutmurdu. De Bruyne, Rodri və iki dəfə Holann “çərçivə”yə düşdü, ancaq bunları qol vəziyyəti adlandırmaq olmaz. Çox güman, qonaqlar oyunun məhz elə bu axarla davam edəcəyini düşünürdü. Ancaq sonradan göründü ki, “Real”, sadəcə, rəqibin ayıq-sayıqlığını yoxlayırmış. Meydan sahibləri bir müddət də gözləyəndən sonra “şəhərlilər”i əks-hücumlarla “sancmağa” başladılar. “Real” oyunöncəsi məşqlərdə meydanın bütün hissələrində pressinq etmək üzərində işləmişdi və bu açıq-aydın görünürdü.

İlk yarının ortalarında Rodri Vinisiusun təzyiqi altında cərimə meydançası önündə səhvə yol verdi, ancaq Diaş son anda Benzemanın ötürməni tamamlamasına imkan vermədi. Ötən avrokubok mövsümü hər kəsi “Real”ı vaxtından əvvəl “dəfn etməməyə” öyrədib. Əlbəttə, ilk yarıda bundan söhbət gedə bilməzdi. Sadəcə, madridlilər bir daha göstərdi ki, topsuz oynamaq və qapıya bir dəfə də zərbə vurmamaq fonunda belə, qəfil yay kimi gərilib hesabı aça bilir. Özü də “Real” əks-hücum yox, sürətli hücum sonucunda fərqləndi. Kamavinqa sürətlə irəli atıldı, ondan ötürmə alan Vinisius qapıya gözlənilməz zərbə vurdu. Fasiləyə qədər təkcə futbolçular yox, portuqaliyalı hakim Artur Diaş da diqqət mərkəzində oldu.

O, bəzi məqamlarda mübahisəli qərarlar - əsasən də “Real”ın xeyrinə - verdi. 1-ci hissənin ortalarından etibarən qonaqlar təşəbbüsü əldən verdi. Xüsusən də Holann məyus etdi – norveçli ulduz oyunun sonuna qədər Rüdigerin fərdi himayəsindən qurtula bilmədi. Ancaq “Siti” qol vurmaq üçün başqa yol tapdı. Ümumiyyətlə, fasilədən sonra oyunun axarı kəskin şəkildə dəyişdi. Qvardiola bilərəkdən və ya bilmədən topu rəqibə verdi, ancaq madridlilər sanki “1-ci skripka” kimi oynamağa hazır deyildi. Qonaqlar isə məzmun dəyişikliyinə tez uyğunlaşdı və təhlükəli vəziyyətlər yaratmağa başladı. De Bruyne fəallığı ilə seçilirdi. Belçikalı oyun canlanandan sonra 10 dəqiqə ərzində iki dəfə Kurtuanın qapısına yol tapa bilərdi, sadəcə, qapıçı həmvətəni bu zərbələrin öhdəsindən gəldi. Kevinin 67-ci dəqiqədəki zərbəsi isə qarşısıalınmaz oldu. Madridlilərin topu meydanın özünə aid hissəsində itirməsi bərabərlik qoluna gətirib çıxardı. Əlbəttə, “Real” təslim olmadı. Bu, komanda, ümumiyyətlə, “ağ bayraq qaldırmağın” nə demək olduğunu bilmir. 2-ci hissədə “kral klubu”nun oyununda heç də hər şey alınmasa da, sonluq meydan sahiblərinin tərəfində oldu: Benzema başla təhlükəli zərbə vurdu, əsas vaxtın sonunda yenicə meydana çıxan Çuameninin zərbəsinin qarşısını Ederson çətinliklə aldı. Bir sözlə, tamaşaçılar başqa qol görmədi. Bu duelin taleyi artıq Mançesterdə həll olunacaq. Orda isə istənilən sürpriz mümkündü.

Faktlar
* Heç bir məşqçi Çempionlar Liqasında Karlo Ançelottidən çox oyun keçirməyib. O, srağagün bu turnir çərçivəsində 190-cı oyuna çıxdı. İtaliyalı mütəxəssis vaxtilə “Mançester Yunayted”ə rəhbərlik edən Aleks Ferqyusonun rekordunu təkrarladı. Bu iki rekordçunun ardından Arsen Venger (184) və Pep Qvardiola (159) gəlir.
* De Bruynenin “Mançester Siti”nin heyətində ÇL-də vurduğu 14 qoldan 11-i turnirin pley-offuna təsadüf edib. Pley-offda 11 qol İngiltərə klublarının oyunçuları üçün ən yaxşı nəticədi.
* “Siti”nin məğlubiyyətsiz oyunlar seriyası 21-ə çatdı. Sonuncu dəfə fevralın 5-də “Tottenhem”ə uduzan (0:1) “şəhərlilər” həmin vaxtdan bəri keçirdiyi oyunların 17-də qalib gəlib, 4-də heç-heçə edib.
* “Siti” son 5 oyunun yalnız birində “Real”a uduzub. “Şəhərlilər” 2020-ci ilin fevralından etibarən ardıcıl üç oyunda madridlilərə qalib gəlib, yalnız ötənilki yarımfinalda məğlub olub (1:3).
* Ançelotti son üç ildə yalnız bir dəfə Qvardiolaya qalib gəlib. Onda “Everton”u çalışdıran italiyalı mütəxəssis 2020-ci il yanvarın 1-dən 2021-ci il mayın 23-nə qədər olan dövrdə Qvardiola“nın çalışdırdığı “şəhərlilər”ə qarşı keçirdiyi 4 oyunun hamısında uduzub. Ötən il aprelin 26-da artırq “Real”ın “sükanı arxasında” olan Ançelotti ÇL-in yarımfinalında yenə “Siti”yə uduzub (3:4), ancaq mayın 4-də qisas alıb – 3:1. Beləliklə, italiyalının son 7 oyunda ispaniyalı həmkarı üzərində yalnız bir qələbəsi var. Ümumiyyətlə, onlar 9 dəfə üz-üzə gəlib: Ançelottinin 3, Qvardiolanın 5 qələbəsi var.

Ekspert fikri
Eduardo İturralde Qonsales, sabiq hakim (top meydanı tərk etdiyi halda De Bruynenin qolunun ləğv olunmamasıyla bağlı izahı):

“Top hətta yan xətdən bir metr kənara çıxmışdısa da belə, Kamavinqa onu komandasına qaytarandan sonra artıq oyunun başqa mərhələsi başlamışdı. Odu ki, VAR-ın məsələyə müdaxilə etməməsi texniki qərardı. Bu, hücumun vahid mərhələsi deyil. Kamavinqa topu komandasına qaytarmasaydı, onda VAR müdaxilə edə bilərdi. Ancaq Kamavinqanın epizodda iştirakı həlledici rol oynadı”.

Paylaş:
Digər xəbərlər

Reportaj / Çempionlar Liqası

17-04-2023, 21:0

“Çelsi” “Bernabeu”dan sərfəli nəticə ilə qayıda bilmədi - REPORTAJ

Dünya futbolu

2-07-2022, 16:0

“Marca” ötən mövsümün ən yaxşılarını seçdi

Dünya futbolu

17-10-2022, 10:0

Bu gün "Qızıl top"un sahibi müəyyənləşir

Çempionlar Liqası

31-05-2022, 17:0

ÇL-in rəmzi komandası açıqlandı - FOTO

Dünya futbolu

10-05-2023, 15:0

“Real” 100-cü, Ançelotti Madriddə 10-ci titulunu qazandı - XÜSUSİ FAKTLAR

Dünya futbolu

14-04-2023, 14:0

“Mançester Siti” yarımfinala doğru böyük addım atdı – REPORTAJ

Aktual
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
Son xəbərlər
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
Daha çox
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 193
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə