• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” cavab oyununda da “Olimpiya”ya şans vermədi

Çempionlar Liqası

17-08-2023, 22:0

İlk oyundakı böyük hesablı qələbədən sonra Okan Buruk, gözlənildiyi kimi, heyətdə ciddi dəyişikliklər etmişdi.

"Football-plus.az" xəbər verir ki, müdafiənin mərkəzində görməyə alışdığımız Nelsson - Bardakcı cütünü bu dəfə Bayram - Ayhan cütü əvəzləmişdi. Ən əsası fanatların sevimlisi İkardi yeni mövsümdə ilk dəfə start heyətində peyda olmuşdu. 40 minə yaxın azarkeşin dəstəyi ilə “Qalatasaray” oyuna yaxşı başladı. Hərçənd Türkiyə çempionu qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. Fanatları ayağa qaldıran qol ilk yarının ortalarına təsadüf etdi. Barış Alpərin ötürməsindən sonra qapıçı meydançasında topu sinəsi ilə qəbul edən İkardi sol ayaqla uzaq küncü dəqiq nişan aldı. Son qolunu iyunun 4-də “Fənərbaxça” ilə derbidə vuran 30 yaşlı argentinalı ulduz beləcə 72 gündən sonra yenidən qol sevinci yaşadı. Çox keçmədən bu dəfə İkardi assistent rolunda çıxış etdi və Barış Alpər topu boş qapıya göndərdi. Amma qol ofsayd üzündən qeydə alınmadı. Qola və qələbəyə ehtiyac duyan “Olimpiya” nadir hallarda “Qalatasaray”ın cərimə meydançasına qədər gedib çıxmağa müvəffəq olurdu. “Çərçivə”yə gedən zərbələrdə isə Muslera inamlı oynayırdı. Fasilədə Zahanın meydana çıxması “Cim-Bom”un oyununu sürətləndirdi. Komanda baxımlı futbolla fanatlarını sevindirsə də, 2-ci qolu vurmaq heç cür mümkün olmadı. Amma digər tərəfdən İstanbul nəhənginin 2-ci qola heç ehtiyacı da yox idi. Meydan sahibləri üçün yeganə qanqaraldıcı məqam Torreyranın meydandan qovulması oldu. Təcrübəli uruqvaylı futbolçu 64-cü dəqiqədə rəqibinin dabanını tapdaladığı üçün birbaşa qırmızı vərəqə aldı. O, pley-offda komandasına kömək edə bilməyəcək. Onu da bildirək ki, “Qalatasaray”ın pley-offdakı rəqibi “Molde” olacaq. Norveç çempionu 3-cü təsnifat mərhələsində bu yayın əsas sürprizi olan “Klaksvik”i mübarizədən kənarlaşdırdı. Özü də qələbə qolunu sabiq “Qalatasaray”lı (!) Martin Linnes vurdu. Hazırda “Molde”nin kapitanı olan 32 yaşlı təcrübəli futbolçu 2016-nın yanvarından 2021-in yayına qədər “Cim-Bom”un şərəfini qoruyub və 146 rəsmi oyuna çıxıb (5 qol, 17 məhsuldar ötürmə). İlk oyun avqustun 23-də Norveçdə, cavab görüşü avqustun 29-da İstanbulda keçiriləcək.

3-cü təsnifat mərhələsi, cavab oyunu
Qalatasaray – Olimpiya (Sloveniya) 1:0 (ilk oyun – 3:0)
İkardi, 24.
Qalatasaray: Muslera, Boe, Kaan Ayhan, Emin Bayram (Oliveyra, 78), Anxelinyo, Berkan Kutlu, Torreyra, Barış Alpər Yılmaz (Xəlil Dərvişoğlu, 60), Mertens (Bakambu, 46), Kərəm Aktürkoğlu (Zaha, 46), İkardi (Əbdülkərim Bardakcı, 71).

Faktlar
* “Qalatasaray” avrokuboklarda 306-cı oyununda 109-cu qələbəsini qazandı (82 heç-heçə, 115 məğlubiyyət, top fərqi – 408:450).
* “Qalatasaray” avrokuboklarda uğurlu seriyasını davam etdirir. Komanda Avropa səhnəsində keçirdiyi son 16 oyunun yalnız birində məğlub olub (8 qələbə, 7 heç-heçə). Yeganə məğlubiyyət 2021/22-də AL-in 1/8 finalında “Barselona” ilə ev oyununda qeydə alınıb (1:2).
* “Qalatasaray” ÇL-in təsnifat mərhələsi çərçivəsində keçirdiyi 30-cu oyunda 20-ci qələbəsini qazandı (7 heç-heçə, 3 məğlubiyyət).
* “Olimpiya”nı iki oyunun nəticəsinə görə 4:0 məğlub edən “Qalatasaray” avrokuboklarda son 20 ildə ilk dəfə ev-səfər prinsipi ilə keçirilən dueldə qol buraxmadan mərhələ adladı. İstanbul nəhəngi bunu sonuncu dəfə 2003-ün avqustunda ÇL-in 3-cü təsnifat mərhələsində Sofiya ÇSKA-sı ilə oyunlarda bacarmışdı (həm evdə, həm də səfərdə 3:0).
* Okan Buruk “Qalatasaray” tarixində bir mövsümdə ÇL-in təsnifatında ardıcıl iki mərhələ adlayan ilk yerli mütəxəssis oldu!
* İkardi 2019-un dekabrından bəri ilk dəfə avrokuboklarda qol sevinci yaşadı. Maraqlıdı ki, o, Avropa səhnəsində son qolunu PSJ-nin heyətində məhz “Qalatasaray”ın qapısına vurmuşdu!

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Oyuna çox istəkli başladıq. Rəqib, demək olar, qapımız önündə heç bir təhlükə yaratmadı. Yeri gələndə müdafiə olunduq, yeri gələndə hücum etdik. Meydanda düzgün işlər gördük. Komandamın ilk dəqiqələrdəki coşqusu məni sevindirdi. Yeganə üzücü məqam Torreyranın qovulması oldu. Onu əvəzləməyə hazırlaşdığım anda qırmızı vərəqə aldı. Bizim üçün çox şanssız bir an oldu. “Molde” “Klaksvik”i çətinliklə keçərək bizim rəqibimiz oldu. Şimala yollanacağıq. Asan olmayacaq. Öz meydanında güclü oynayan rəqiblə qarşılaşacağıq. Həm də süni örtükdə oynayacağıq. Amma əvvəlcə önümüzdə “Trabzonspor”a qarşı çox vacib bir oyun var. Hələ ki diqqətimizi həmin oyuna yönəldəcəyik. Zanyolo premier-liqada oynamaq istəyir və onun qərarına hörmətlə yanaşırıq. Klubun mənafeyinə uyğun hərəkət edəcəyik. Nələr olacağını birlikdə görəcəyik. Tete növbəti mərhələdə bizə yardım edə biləcək. Başqa transferlər də olacaq. Bizə uyğun və dərhal komandanı gücləndirməyə qadir olan bir mərkəz yarımmüdafiəçisinə də ehtiyacımız var”.

Joao Enrikes, “Olimpiya”nın baş məşqçisi: “Hər iki oyunda xırda detallar və futbolçuların fərdi keyfiyyətləri həlledici rol oynadı. Bununla belə, ən xoş sözlərə layiqik. Nəticəni bir kənara qoysaq, sərgilədiyimiz oyun düzgün yolda olduğumuzu göstərdi. ÇL kimi turnirdə 2 rəqibi keçərək 3-cü təsnifat mərhələsinə qədər irəliləməyin özü də uğur sayılmalıdı. “Qalatasaray”, təbii ki, daha səviyyəli komandadı. Amma iki oyunda ən azı 1 qol vurmağa layiq idik. Artıq mübarizəni AL-də davam etdirəcəyik. Burda da çoxlu iddialı klub var. Bu turnir də bizim üçün yeni bir çağırış olacaq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-08-2023, 21:0

“Qalatasaray” Sloveniya çempionunu darmadağın etdi

Reportaj

27-07-2023, 17:0

“Qalatasaray”ın yeni ÇL macərası bərabərliklə başladı - REPORTAJ

Dünya futbolu

6-11-2022, 14:0

İkardi Droqbadan sonra ''Qalatasaray''da bunu bacaran ilk əcnəbi oldu

Dünya futbolu

6-07-2023, 23:0

''Qalatasaray'' İkardi ilə anlaşıb?

Dünya futbolu

21-05-2023, 14:0

''Qalatasaray''ı çempionluqdan 1 qələbə ayırır

Dünya futbolu

8-04-2023, 13:0

İkardi cəzalanacaq?

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 109
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 108
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə