• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” 14-cü oyunda da büdrəmədi! - TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 22:0

Cümə günü keçirilən açılış oyununda “Qaziantep” Samsundan 3 xalla qayıtdı. Mövsümə 5 məğlubiyyətlə başlayan Antep təmsilçisi ardıcıl 2-ci qələbəsini qazandı.

“Football-plus.az” xəbər verir ki, Sivas səfərindən qolsuz bərabərliklə dönən “Hatayspor”un 7-ci turu da məğlubiyyətsiz tamamlaması diqqəti çəkdi. “Antalyaspor” hesabda geri düşdüyü oyunda rumıniyalı Buksanın dublu sayəsində səfərdə “İstanbulspor” üzərində əzmkar qələbə qazandı. “Trabzonspor”la “Pendikspor”un tarixdəki ilk duelində isə gözlənildiyi kimi, sevinən tərəf meydan sahibləri oldu. Yeni transfer Onuaçu artıq 3-cü dəqiqədə qələbənin əsasını qoyaraq adını tarixə yazdırdı. O, XXI əsrdə qaradənizlilərin heyətində ilk 3 superliqa matçında qol vuran birinci futbolçu oldu. Qələbə qolunu isə bu mövsüm ikinci dəfə cərimə zərbəsindən fərqlənən Bakasetas vurdu. Ötən mövsüm olduğu kimi, bu mövsüm də “Trabzonspor” hələ ki ev komandası təsiri bağışlayır. Komanda 12 xaldan 9-nu fanatları önündə toplayıb. Buna qədər start heyətində meydana çıxdığı ardıcıl 13 superliqa matçında fərqlənməklə yeni rekord müəyyənləşdirən İkardinin seriyası qırılsa da, “Qalatasaray” hesabına növbəti 3 xalı yazdı. “Ankaragücü” gözlənilmədən 2-ci hissənin əvvəllərində hesabda önə keçdi. Amma Zahanın Türkiyə karyerasında vurduğu ilk qol və Bilazərin avtoqolu sensasiyaya imkan vermədi. “Cim-Bom” matçboyu rəqib qapısına 36 (!) zərbə vuraraq son 10 ildəki ən yüksək göstəricisinə nail oldu. Ankaralıların qapıçısı Bahadır Güngördü oyunu 12 seyvlə tamamlayaraq mövsümün rekordunu müəyyənləşdirdi. “Cim-Bom”un superliqada qələbə seriyası 6, rəsmi matçlarda məğlubiyyətsiz seriyası isə 20 oyuna çatdı (17 qələbə, 3 heç-heçə).

Bazar gününün ilk oyununda “Kasımpaşa” gözlənilmədən səfərdə “Fatih Karagümrük”dən üstün oldu. Ötən tur Şahruddinə 2 qol vuran Aytac Kara bu dəfə də hesabına dubl yazdı! Bazar günü meydana çıxan favoritlər isə fanatlarını inamlı qələbələrlə sevindirdilər. “Adana Dəmirspor” “Beşiktaş”ın ardından “Alanyaspor”un da qapısına 4 dəfə yol tapdı. Adanalıların heyətində tək dubl edən Balotelli yox, 3 məhsuldar ötürmə verən Yusuf Sarı da oyunu ilə diqqəti çəkdi. Bu mövsüm rəqib tanımayan “Fənərbaxça” “Çaykur Rizəspor”u qəbul etdi. Qısa müddət ərzində komandanın liderlərindən birinə çevrilən Şimanski artıq 3-cü dəqiqədə fərqlənməklə darmadağının əsasını qoydu. Polşalı futbolçu “Fənər”in heyətində 14-cü rəsmi oyunda 8-ci qolunu vurdu. Maraqlıdı ki, onun Türkiyə çempionatındakı göstəriciləri (ilk 7 oyuna 5 qol) əfsanəvi Aleksin göstəriciləri ilə eynidi. “Fənər”in ilk yarıda Ceko ilə vurduğu qol qeydə alınmadı. Bundan başqa, komandanın xeyrinə aşkar penalti verilmədi. Ümumiyyətlə, böyükhesablı qələbəyə baxmayaraq, “Fənər” cəbhəsi haqlı olaraq hakimlikdən narazı qaldı. Rizə təmsilçisi fasilədən sonra rəqibin böyük təzyiqi qarşısında tab gətirməyərək “ağ bayraq qaldırdı”. İsmayıl Kartalın kollektivi daha 4 qol vuraraq hələ ki mövsümün ən parlaq qələbəsini qazandı. “Çaykur Rizəspor”u çempionat çərçivəsində ardıcıl 8-ci oyunda məğlub edən “Fənər” eyni zamanda 2021/22-nin son turu da nəzərə alınmaqla İsmayıl Kartalın başçılığı altında superliqada ardıcıl 8-ci qələbəsini qazandı. Ən əsası komanda növbəti dəfə zirvəni əldən verməyərək ardıcıl 6-cı turu lider tamamladı. Çünki ilk turu “Hatayspor” zirvədə tamamlamışdı.

Son vaxtlar nəticələri ürəkaçan olmayan “Beşiktaş” Konyada problem yaşamadı. Güclü yağış altında baş tutan oyunun ilk yarısı bərabər səviyyədə keçdi. Tərəflər fasiləyə qolsuz yollanmaq üzrə olarkən konyalıların müdafiəçisi Uğurcan Yazğılı şanssız şəkildə topu öz qapısına göndərdi. 55-ci dəqiqədə meydan sahiblərinin vəziyyəti bir qədər də qəlizləşdi. Oğulcan Ülgün bir neçə saniyə ərzində həm qaydanı pozduğu, həm də topu sərt şəkildə kənara vurduğu üçün ardıcıl 2 sarı vərəqə alaraq komandasını azlıqda qoydu. Çox keçmədən intriqa öldü. “Qartal”ın əsas qol silahı Abubakar sol ayağı ilə baxımlı qol vuraraq yekun nəticəni müəyyənləşdirdi. Yeri gəlmişkən, kamerunlu forvard “Beşiktaş”ın heyətində superliqada 43-cü qolunu vurdu. O, Holoşkonu (42) geridə qoyaraq klub tarixində Türkiyə çempionatında ən çox qol vuran əcnəbi oyunçuların siyahısında 2-ci pilləyə yüksəldi. İndi Abubakar bu siyahıda yalnız Bobodan (57) geri qalır. Beləliklə, Trabzon, Brügge və Adanada keçirdiyi oyunlarda qələbəyə həsrət qalan “Beşiktaş” bu dəfə rəqib meydanında qələbə ilə dönməyi bacardı.

7-ci tur
Qalatasaray – Ankaragücü 2:1
Zaha, 56. Hayrulla Bilazər, 69-öz qapısına – Sefas, 48.
Qalatasaray: Muslera, Boe, Sançes, Kaan Ayhan, Anxelinyo, Kərəm Dəmirbay (Barış Alpər Yılmaz, 65), Torreyra (Əbdülkərim Bardakcı, 82), Tete (Mertens, 73), Kərəm Aktürkoğlu (Xəlil Dərvişoğlu, 82), Zaha (Oliveyra, 73), İkardi.

Fənərbaxça – Çaykur Rizəspor 5:0
Şimanski, 3. İrfan Can Kahveci, 47. Ceko, 62. Tadiç, 75. Kinq, 90+3.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Mərt Müldür, 83), Bekao (Samet Akaydın, 68), Ciku, Fərdi Kadıoğlu, İsmayıl Yüksək, Fred, İrfan Can Kahveci (Kinq, 68), Şimanski (Mərt Hakan Yandaş, 77), Tadiç, Ceko (Umut Nayir, 77).
Konyaspor – Beşiktaş 0:2
Uğurcan Yazğılı, 45+1-öz qapısına. Abubakar, 63.
Beşiktaş: Ərsin Destanoğlu, Rozye, Amarti, Kolli, Masuaku (Dəmir Ege Tıknaz, 58), Salih Uçan, Haciahmetoviç (Oksleyd-Çemberleyn, 75), Raşitsa (Gezzal, 58), Zaynutdinov (Onur Bulut, 82), Abubakar, Muleka (Cenk Tosun, 75).
Trabzonspor – Pendikspor 2:1
Onuaçu, 3. Bakasetas, 27 – Çekici, 36.
Trabzonspor: Uğurcan Çakır, Mehmet Can Aydın (Strüger Larsen, 75), Baniya, Benkoviç (Densvil, 68), Ərən Elmalı, Mendi, Bakasetas, Bardi (Berat Özdəmir, 75), Visça (Abdülkadir Ömür, 63), Trezeqe (Funtas, 68), Onuaçu.
Adana Dəmirspor – Alanyaspor 4:0
Balotelli, 30; 47. Belhanda, 71. Tayfur Aydoğan, 87.
Adana Dəmirspor: Ərtaç Özbir, Svensson, Qravilyon, Semih Gülər, Yusuf Ərdoğan (Əbdürrəhim Dursun, 81), Stambuli (Dorukhan Toköz, 60), Əmrə Akbaba, Yusuf Sarı, Belhanda (Tayfur Aydoğan, 72), Nani (Zeneli, 72), Balotelli (Nianq, 60).
Kayserispor – İstanbul BŞ 0:0
İstanbulspor – Antalyaspor 1:2
Ethemi, 26 – Buksa, 50; 60.
Fatih Karagümrük – Kasımpaşa 2:3
Çekkerini, 43. Sturaro, 89 – Çekkerini, 3-öz qapısına. Aytac Kara, 6; 34.
Samsunspor – Qaziantep 1:2
Ntçam, 90+3-p. – Draquş, 3. Yevtoviç, 17.
Sivasspor – Hatayspor 0:0
1. Fənərbaxça 7 7 0 0 18-3 21
2. Qalatasaray 7 6 1 0 14-4 19
3. Adana Dəmirspor 7 4 2 1 18-9 14
4. Beşiktaş 7 4 1 2 10-9 13
5. Trabzonspor 7 4 0 3 15-10 12
6. Kasımpaşa 7 3 3 1 13-14 12
7. Hatayspor 7 2 5 0 11-6 11
8. Çaykur Rizəspor 7 3 2 2 8-11 11
9. Kayserispor 7 2 4 1 7-5 10
10. Antalyaspor 7 2 3 2 9-8 9
11. Konyaspor 7 2 3 2 7-7 9
12. Sivasspor 7 1 4 2 7-9 7
13. Alanyaspor 7 1 4 2 6-9 7
14. Ankaragücü 7 1 3 3 9-10 6
15. Fatih Karagümrük 7 1 3 3 6-7 6
16. Qaziantep 7 2 0 5 6-13 6
17. Pendikspor 7 0 4 3 6-14 4
18. İstanbul BŞ 7 1 1 5 3-11 4
19. İstanbulspor 6 0 2 4 3-9 2
20. Samsunspor 6 0 1 5 5-13 1
Bombardirlər: İkardi (Qalatasaray) – 7, Ceko, Şimanski (hər ikisi “Fənərbaxça”), Tiam (Kayserispor), Aytac Kara (Kasımpaşa) – 5.
Növbəti turun oyunları oktyabrın 6-8-i aralığında keçiriləcək: Hatayspor – Konyaspor, Pendikspor – Sivasspor, Kasımpaşa – Fənərbaxça, Alanyaspor – Fatih Karagümrük, Adana Dəmirspor – Trabzonspor, İstanbul BŞ – Qaziantep, Antalyaspor – Qalatasaray, Beşiktaş – İstanbulspor, Ankaragücü – Kayserispor, Çaykur Rizəspor – Samsunspor.

Turun rəqəmi
14 – “Fənərbaxça”nın bu seriyası artıq Türkiyə hüdudlarını da aşıb. Çünki bu mövsüm “Fənər”dən başqa Avropada büdrəməyən komanda qalmayıb. İstanbul nəhəngi isə keçirdiyi 14-cü rəsmi oyundan da qələbə ilə ayrıldı! “Sarı-lacivərdlilər”in bu 14 qarşılaşmada top fərqi də heyrət doğurur – 42:6! Superliqada mövsümə ardıcıl 7 qələbə ilə başlayan “Fənər”i özünə məxsus olan rekordun təkrarından cəmi 1 qələbə ayırır. Komanda 2009/10-da Kristof Daumla mövsümə 8 qələbə ilə başlamışdı. Maraqlıdı ki, həmin mövsüm “Fənər” çempion ola bilməmişdi...

Turun ulduzu
Mario Balotelli (Adana Dəmirspor) – belə getsə, karyerasını elə Adanada başa vuracaq. Bu klubla futbolçu arasında sanki xüsusi bir əlaqə var. İsveçrədə 1 ildən artıq həm özü əziyyət çəkən, həm də “Syon”a əziyət verən Balotelli Türkiyəyə qayıdan kimi ilk oyundaca dubl etdi! Bununla da o, “Adana Dəmirspor”un heyətində 36-cı rəsmi oyunda vurduğu qolların sayını 21-ə çatdırdı (7 məhsuldar ötürmə).

Turun sitatı
İlhan Palut, “Çaykur Rizəspor”un baş məşqçisi: “Məşqçi kimi indiyə qədər superliqada neçə oyuna çıxdığımı bilmirəm. Amma komandalarım daha öncə heç vaxt bu qədər aciz duruma düşməmişdi. Meydanda bu dərəcədə yox olacağımızı gözləmirdim. Bu elə bir oyundu ki, bundan dərs almaq da mümkün deyil! Sadəcə, oyunu tezliklə unutmaq lazımdı. “Fənər”in bu cür oyununu yalnız futbolçuların səviyyəsinin yüksək olması ilə izah etsəm, onların əməyini kiçiltmiş olaram. Belə futbol yalnız səviyyə, istək, coşqu və qollardan doymamağı birləşdirəndə ortaya çıxır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

7-02-2023, 17:0

“Qalatasaray” – “Trabzonspor” matçı ilə bağlı maraqlı MƏQAMLAR

Dünya futbolu

3-05-2023, 21:0

Derbidə sevinən həm “Beşiktaş”, həm də “Fənərbaxça” oldu - ŞƏRH

Dünya futbolu

24-09-2023, 23:0

İkardi adını Türkiyə çempionatının tarixinə yazdırdı

Dünya futbolu

30-04-2023, 16:0

''Trabzonspor'' yeni məşqçi ilə də məğlubiyyətləri sıralayır

Dünya futbolu

13-08-2022, 20:0

''Trabzonspor'' 35 ildən sonra ilkə imza atdı

Aktual
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Son xəbərlər
  • Dünən, 23:46
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • Dünən, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Dünən, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Dünən, 22:55
    Roderik Miller hardadı?
  • Dünən, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Dünən, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Dünən, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Dünən, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Dünən, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Dünən, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Dünən, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Dünən, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Dünən, 19:07
    “Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
  • Dünən, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Dünən, 18:00
    Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
  • Dünən, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Dünən, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Dünən, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Dünən, 16:31
    Millimiz rekorda imza atdı
  • Dünən, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Dünən, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Dünən, 15:10
    “Qarabağ” - ÇSKA oyununun biletləri satışda
  • Dünən, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Dünən, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Dünən, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Dünən, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Dünən, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Dünən, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Dünən, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Dünən, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Dünən, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • 17-07-2026, 23:0
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 226
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 161
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə