• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Derbidə sevinən həm “Beşiktaş”, həm də “Fənərbaxça” oldu - ŞƏRH

Dünya futbolu

3-05-2023, 21:0

Ötən turdan fərqli bu tur o qədər də məhsuldar alınmadı.

Cümə günü keçirilən açılış matçında “Alanyaspor” Ömər Ərdoğanın debüt oyununda “Ümraniyəspor”u minimal hesabla yendi. “Fatih Karagümrük” “Antalyaspor”la ev oyununda favorit statusunu doğrulda bilməyərək məğlub oldu. Bu, Antalya təmsilçisinin 2023-cü ildə ilk səfər qələbəsi oldu. Ən məhsuldar komandalardan “Fatih Karagümrük” bu mövsüm cəmi 4-cü dəfə qola həsrət qaldı.

Son çempion “Trabzonspor” Nenad Byelitsanın başçılığı altında da məğlubiyyətləri sıralayır. Ötən həftə Sivasda qeydə alınan 1:4 hesablı acı məğlubiyyətdən sonra bu dəfə komanda Konyadan xalsız qayıtdı. Meydan sahiblərinin heyətində yığmamızın üzvü Mahir Emreli fasilədən sonra meydana çıxdı. O, vurulan qolda yaxından iştirak etməsə də, ardıcıl 2-ci turda məhz Mahir meydana çıxandan sonra konyalıların qələbə qolunu vurması diqqəti çəkdi. Qonaqların bütün 2-ci hissəni azlıqda keçirdiyini də bildirək. Belə ki, komandanın lideri Bakasetas “Trabzonspor”un heyətində 100-cü rəsmi oyunda qırmızı vərəqə aldı. Özü də yunan futbolçu birbaşa qırmızı vərəqə aldığından, çox güman, 34-cü turda “Fənərbaxça” ilə oyunu buraxmalı olacaq. Byelitsa “Trabzonspor” tarixində ilk iki superliqa matçından xalsız ayrılan birinci məşqçi oldu! Texniki qələbəni saymasaq, qaradənizlilərin superliqada səfərdəki qələbəsiz seriyası isə 9 oyuna çatdı (2 heç-heçə, 7 məğlubiyyət). 30 oyun keçirən “Trabzonspor” ardıcıl 5-ci dəfə qələbəyə həsrət qalmaqla 8-ci pilləyə yuvarlandı. Maraqlıdı ki, ardıcıl 3-cü mövsümdü son çempion statusunda olan komanda 30 oyundan sonra “avrokubok zonası”ndan kənardadı!

Ötən tur “İstanbulspor”la ev oyununda dramatik şəkildə qələbəni əldən verən “Fənərbaxça” bu dəfə çətin Sivas səfərində ümidləri doğrultmağı bacardı. Özü də mövsümün əsas bombardiri Valensiya oyunun əvvələrində zədələnərək əvəzlənsə də, Jorje Jezuşun komandası artıq ilk yarıda 3 qol vurmaqla intriqanı fasiləyə qədər öldürdü. Düzdü, İrfan Can Kahvecinin qırmızı vərəqə almasından sonra İstanbul nəhəngi ikinci hissəni azlıqda keçirməli oldu. Amma meydan sahiblərinin gücü yalnız qollardan birinin əvəzini çıxmağa yetdi. “Fənər” səfərdə ardıcıl 5-ci qələbəsini qazandı. Jezuşdan əvvəl bunu bacaran sonuncu əcnəbi mütəxəssis 2007/08-də Ziko olmuşdu. Onu da vurğulayaq ki, “sarı-lacivərdlilər” 2017/18-dən bəri ilk dəfə “Sivasspor”u mövsümün hər iki oyununda yenməyi bacardılar.
Bu tur bütün diqqətlər “Vodafon Park”a yönəlmişdi. Lider “Qalatasaray”ın yüksəlişdə olan “Beşiktaş”la səfər derbisində necə təsir bağışlayacağı böyük maraq doğururdu. Həm də “Fənər”in turu qələbə ilə başa vurması “sarı-qırmızılar”ın üzərində əlavə təzyiq yaradırdı. Oyun qonaqlar üçün uğurlu başladı. Prinsipial matçlarda vurduğu qollarla diqqəti çəkən İkardi əks-hücum zamanı bir toxunuşla topu tora göndərdi. Maraqlıdı ki, bu, “Cim-Bom”un ilk yarıda “çərçivə”yə vurduğu yeganə zərbə oldu. Fanatları önündə bu nəticə ilə barışmaq istəməyən “Beşikaş” irəli atıldı və artıq fasiləyə qədər hesabı bərabərləşdirdi. Masuakunun künc zərbəsindən asması zamanı Saiss başla topu tora göndərdi. “Qartal” 2-ci hissəyə fırtına kimi başladı. Abubakar bir neçə gözəl fürsəti boşa versə də, səhnəyə başqa futbolçu – Haciahmetoviç çıxdı. Oliveyradan topu oğurlayan bosniyalı yarımmüdafiəçi yaxın küncü dəqiq nişan aldı. Son yarım saatda “Beşiktaş” qələbə hesabını qorumaqla yanaşı, ara-sıra təhlükəli əks-hücumlar da qurdu. “Qalatasaray” nə qədər çalışsa da, bərabərlik qolunu vura bilmədi. Bu azmış kimi, son saniyələrdə Muslera Abubakarın zərbəsindən sonra 3-cü dəfə topu tordan çıxarmalı oldu. Maraqlıdı ki, Saisslə Haciahmetoviç məhz bu oyunda “Beşiktaş”da qol hesabını açdısa, Abubakar Türkiyə karyerasında ilk dəfə “Qalatasaray”a qol vurdu. Son 9 turda 8-ci qələbəsini qazanan “Beşiktaş” həm “Qalatasaray”la xal fərqini 5-ə endirdi, həm də şəxsi oyunlarda üstünlüyü ələ keçirdi. Şenol Günəş məşqçi karyerasında Okan Buruka qarşı 9-cu superliqa matçında 7-ci qələbəsini qazandı. Eyni zamanda Günəş Qordon Milni geridə qoyaraq “Beşiktaş”ın başında “Qalatasaray”ı ən çox (6 dəfə) məğlub edən məşqçiyə çevrildi. Bu mövsüm İstanbul derbilərində ilk dəfə uduzan “Qalatasaray”la 2-ci pillədəki “Fənər” arasında xal fərqi 3-ə endi.

Turun rəqəmi
14 – “Vodafon Park” “Beşiktaş”ın əzəli rəqibləri üçün alınmaz qalaya çevrilib. Bu stadion 2016-cı ildə istifadəyə verilib. İl olub 2023, amma hələ də superliqa çərçivəsində burda nə “Qalatasaray” qələbə görüb, nə də “Fənərbaxça”! “Qartal” Türkiyə çempionatında bu arenada keçirdiyi 14-cü derbidə də məğlub olmadı (8 qələbə, 6 heç-heçə)! 8 qələbədən 2-si “Fənərbaxça”, 6-sı “Qalatasaray” üzərində qazanılıb. Özü də “Cim-Bom”a qarşı evdə ardıcıl 6-cı qələbə əldə olundu ki, daha öncə bu derbinin tarixində “ağ-qaralar”ın belə seriyası olmamışdı.

Turun ulduzu
Fərdi Kadıoğlu (Fənərbaxça) – universallığına və işguzarlılığına görə fanatların sevimlisi olan futbolçunun bəlkə də ən zəif nöqtəsi aşağı məhsuldarlığıdı. Amma belə desək, bayramdan-bayrama fərqlənən istedadlı futbolçu bu tur birdən-birə 2 qol vuraraq komandasınını qələbəsində vacib rol oynadı. Fərdi Türkiyə çempionatında ilk dəfə səfər qarşılaşmasında dubl etdi. Buna qədər o yalnız bir dəfə - 2020-nin iyulunda “Göztəpə” ilə ev oyununda dubl etmişdi. Ümumilikdə 77 superliqa matçında onun hesabında cəmi 10 top var.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-04-2023, 16:0

''Trabzonspor'' yeni məşqçi ilə də məğlubiyyətləri sıralayır

Dünya futbolu / Manşet

9-08-2022, 14:0

Superliqanın ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

20-04-2023, 19:0

''Fənərbaxça'' geridönüşlərin kralıdı

Dünya futbolu

20-04-2023, 20:0

Superliqada daha iki istefa

Dünya futbolu

2-01-2023, 12:0

11 ildə ikinci dəfə

Aktual
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
Son xəbərlər
  • Bu gün, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Bu gün, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Bu gün, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Bu gün, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Bu gün, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 143
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 128
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə