• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Doğma meydandakı matçlara favorit kimi çıxacağıq”

İdman / Manşet

1-10-2023, 19:0

Ötən mövsüm ölkə kubokunun qalibi olan “Gəncə”də böyük dəyişikliklər vaş verdi.

Əvvəlki saylarımızda da məlumat verdiyimiz kimi, komanda yeni mövsüm üçün türkiyəli Levent Bedri Meriçə tapşırıldı. Təyinatla bağlı 40 yaşlı mütəxəssislə əlaqə saxladıq.

- "Gəncə"yə gəlişiniz necə alındı və ilk təklifi kimdən aldız?
- Ötən mövsümdən Azərbaycan basketbol çempionatını izləyirdim. Əsas da pley-off və final matçlarını. Burda türkiyəli mütəxəssis dostlarım da var idi. Həm də 2007-ci il təvəllüdlü oğlum Dərin Berköz Azərbaycanda oynamaq üçün vətəndaşlıq almalıydı. Onunla birgə Bakıya gəldiyimiz vaxt federasiyadan belə təklif oldu. Mən də sizin liqanı izlədiyim, tanıdığım üçün anlaşdıq. Bu təklif gələndə “Gəncə” artıq keçmiş baş məşqçisi ilə də yollarını ayırmışdı.

- Türkiyə basketbolu səviyyə baxımından Azərbaycan basketbolundan çox fərqlənir. Maraqlıdı, oğlunuz niyə Türkiyədə yox, ölkəmizdə oynamağı seçdi?
- Oğlum çox yaxşı oyunçudu. Türkiyə millisinin təlim-məşq toplanışına da seçilmişdi. Biz onun Avropaya daha rahat getməsi, orda təhsil alması üçün Azərbaycanı seçdik. Bilirsiz ki, sizin vətəndaşlığı alanda digər ölkələrdə rahat hərəkət etmək olur. Türkiyədə isə bu işlər çətin olur.

- Komandanın heyətini tam komplektləşdirmisiz?
- Bəli, heyətimizi tam qurmuşuq. 6 amerikalı və 6 yerli oyunçumuz var. Hamısı da gəncdi. İndiyədək böyük beynəlxalq yarışlarda təcrübə yaşamayıblar. Ötən mövsüm bu komandanın heyətində Amil Həmzəyev və digər güclü oyunçular çıxış edib. Lakin bu mövsüm tam fərqli olacaq. Əsas fikrimizi yerli və gənc basketbolçuların inkişafına yönəldəcəyik.

- Özünüz də dediz ki, ötən mövsüm “Gəncə”nin heyətində önəmli oyunçular olub. Bəs siz o heyətdən kimləri kollektivdə saxlamaq istəyərdiz?
- Mən gələndə artıq oyunçular komandanı tərk eləmişdi. Ona görə kimi heyətdə saxlamaq istəyərdim? Amil Həmzəyev kimi təcrübəli, karyerası zəngin olan bir oyunçunu hər baş məşqçi heyətində görmək istəyər. Bildiyim qədəri ilə o da gəncəlidi. Lakin bizim bu mövsüm üçün planlarımız başqadı. Gənc oyunçulara şans vermək niyyətindəyik. Amerikalı basketbolçuları da elə seçdik. 6 nəfərdən dördü oxuduqları kolleclərin komandasında mübarizə aparıblar. Yalnız ikisi Portuqaliya və Meksika çempionatında çıxış edib.

- Legionerlər sizin istəyinzlə komandaya cəlb olunub, yoxsa rəhbərliyin seçimidi?
- Xeyr, bütün legionerlər mənim istəyimlə transfer olunub. Çünki bura gətirdiyim basketbolçuların qiyməti o qədər də baha deyil. Və məqsədim bu oyunçulara da kömək etməkdi.

- Ötən mövsüm “Gəncə” ölkə kubokunun qalibi olmuşdu. Bəs bu mövsüm gənc oyunçularla hədəfləriniz nədi?
- Məqsəd azarkeşlərimizə yaxşı oyun göstərməkdi. Çempionatda və ölkə kubokunda sona kimi mübarizə aparacağıq. Azarkeşlərimiz bundan əmin olsun ki, qalib gəlsək də, uduzsaq da, oyunçularımız sona kimi mübarizə aparacaq. İstəyimiz kubok qazanmaqdı. Bunun üçün də çalışacağıq.

- Sizcə, bu mövsüm “Gəncə”yə başağrısı olacaq komandalar hansılardı?
- Daha əvvəl də sizin liqanı izlədiyim üçün rəqibləri, oyunçuları tanıyıram. “Sabah” çempionatın ən büdcəli və güclü klublarından biridi. Həm də bu mövsüm avrokuboklarda oynayacaqlar. NTD, “Neftçi” kimi komandalar da yaxşı transferlər həyata keçirdilər. Bir də “Ankaragücü”də birlikdə çalışdığım, “Xəzri”nin baş məşqçisi Murat Dikmən də əla komanda qurub. Məncə, bu rəqib daha təhlükəlidi.

- Azərbaycan və Türkiyə basketbolu arasında nə kimi fərqlər var?
- Təcrübəyə, yaxşı salonlara ehtiyac var. Federasiya orta məktəblərlə sıx əlaqədə olmalı, basketbola həvəs göstərən istedadlı uşaqları üzə çıxarmalıdı. Məsəsələn, Türkiyədə Gənclər Liqası var. Orda aşağı yaş qruplarında olan basketbolçular çıxış edir. Gələcək üçün oyunçu yetişdirmək istəyiriksə, aşağı yaş qruplarını inkişaf etdirmək, onlarda rəqabəti artırmaq və gənclərin oynamasına şərait yaratmaq lazımdı. Mənim də hazırda Azərbaycanda gördüyüm əskiklər bunlardı.

- Gənc basketbolçularla işləyəcəksizsə, klubla bağlı gələcək planlarınız varsa, niyə birillik müqavilə imzalamısız?
- Bu, federasiyanın qərarıdı. Amma inanıram ki burda yaxşı işlər görüb növbəti mövsüm də yolumuza “Gəncə” ilə davam edəcəyik. Mənim bu məsələ ilə bağlı ağlımda sual işarəsi yoxdu.

- Oğlunuz Dərin Berközü gələcəkdə “Gəncə”yə transfer etmək niyyətiniz varmı?
- Oğlum iki il sonra universitet oxumağa gedəcək. Öncəliyimiz Dərinin Avropada və ya Amerikada təhsil almasıdı. Ona xarici klublardan da təkliflər gəlir. Təhsilini bitirəndən sonra niyə də “Gəncə” çıxış etməsin?! Çünki Azərbaycan vətəndaşıdı. Burda yerli statusunda oynayacaq. Onun gələcəkdə Azərbaycan millisinin şərəfini qoruyacağını düşünürəm. Lakin hələ ki Türkiyədə oxuyur.

- Hazırkı maliyyə durmunuz necədi? Belə görünür ki, ötən mövsümdən fərqli bu il aşağı büdcə ilə çıxış edəcəksiz?
- Ötən mövsümdəki büdcədən xəbərdar olmadığımdan bu baraədə nəsə deyə bilmərəm. Ona görə də ötən ildən az və ya çox olduğu haqda fikir səsləndirmirəm. Lakin basketbolçularımız “Sabah”, “Neftçi”, NTD kimi klubların heyətində çıxış edən oyunçulardan daha az qazanacaq. Hazırda bütün maliyyə dəstəyini federasiyadan alırıq. Azərbaycanda yaxşı şirkətlər var. Onlar basketbola pul ayırmalıdı. Buna etmədikləri üçün bütün güc federasiyanın üzərinə düşür.

- Siz və legioner oyunçular Gəncədə qalacaqsız?
- Bəli, oyunçularla birlikdə Gəncədə yaşayacağıq. Şəhər möhtəşəmdi. İlk dəfə burda oluram. Şəhərinizin tarixi ilə də daha əvvəl maraqlanmışdım. Burda oyunlarımızı keçirəcəyimiz salon da təmir edilib. Azərkeşlərimiz dəstəyi bizim üçün önəmlidi. Doğma meydandakı matçlara favorit kimi çıxacağıq.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

Aktual / İdman

28-09-2023, 17:0

Meriç "Gəncə" ilə anlaşdı

İdman

18-08-2023, 12:0

“Gəncə”ni Levent Bedri Meriç çalışdıracaq - ÖZƏL

İdman

24-08-2023, 12:0

“Gəncə”nin taleyinə gələn həftə aydınlıq gələcək

İdman / Manşet

12-09-2023, 18:0

“Gəncə” silkələnir: Meriç gəlir, rəhbərlikdə dəyişiklik olacaq

İdman / Manşet

17-08-2023, 20:0

"Gəncə"də ayrılıq

İdman

6-05-2023, 22:0

Azərbaycan Basketbol Liqası: "Gəncə" pley-off seriyasına qələbə ilə başladı

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 212
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə