Azərbaycan Basketbol Liqası: "Gəncə" pley-off seriyasına qələbə ilə başladı

6.05.2023 22:30 303
İdman
Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində növbəti yarımfinal oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, ikinci yarımfinal seriyasının ilk görüşündə NTD və "Gəncə" komandaları üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma "Gəncə" basketbolçularının inamlı qələbəsi ilə yekunlaşıb - 101:73. Bu qalibiyyət sayəsində "Gəncə" seriyada 1:0 hesabı ilə önə keçib.

Ən məhsuldar basketbolçular NTD-dən Brayson Robinson (14 xal, 6 ribaund), "Gəncə"dən isə Ceylen Qeddi (34 xal, 7 ribaund) olublar.

Qeyd edək ki, seriyanın ikinci matçı mayın 10-da Gəncədə təşkil ediləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul