"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi oyunsonrası mətbuat konfransında matç haqda fikirlərini bildirib:
"Hapoel"i qələbələ münasibəti ilə təbrik edirəm. Oyuna qolla başlasaq belə, rəqib önə keçməyi bacardı. Həqiqətən də keyfiyyətli komandadı. Daha çox vertikal oynayırdılar. Oyun ritmini qorumağa çalışırdıq. Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. Sürüşkən hesab olduğu üçün şansımız var. "Orhus"a da bu hesabla uduzmuşduq. Lakin Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik. Biz cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik".






