"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı

19.08.2026 22:33 0
Avrokuboklar
Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" (Niderland) oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manat, VİP sektorlarda 50, 75 və 100, VVİP sektorda isə 150 manat təşkil edir.

Biletləri yalnız "iticket.az"ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündü.

Komandalar arasında ilk oyun avqustun 20-də keçiriləcək. Cavab qarşılaşması isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul