“Gəncə” silkələnir: Meriç gəlir, rəhbərlikdə dəyişiklik olacaq

12.09.2023 18:22 857
İdman / Manşet
Ötən mövsüm basketbol üzrə ölkə kubokunun qalibi olan “Gəncə”ni yayda 9 oyunçu tərk etdi.

Bunlar yerlilərdən Amil Həmzəyev, Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Vüqar Məmişov, İslam Rzayev, legionerlərdən Kolin Törner, Cared Smoll, Cordan Endryus və Kalen Qadi idi. Bəs, görəsən, yeni mövsümdə komanda əvvəlki iddiasını qoruyacaqmı?

“Football-plus.az”a klubla bağlı üç xəbər daxil olub. Belə ki, “sarı-göylər”in rəhbərliyində dəyişilik olacağı gözlənilir. İkinci xəbər budu ki, komanda hələ ki adı açıqlanmayan amerikalı basketbolçu ailə anlaşıb. Onunla yaxın günlərdə rəsmi müqavilə bağlanacaq. Digər xəbər isə haqqında daha əvvəldən məlumat verdiyimiz türkiyəli baş məşqi Levent Bedri Meriçlə bağlıdı. O, sabah klubla müqavilə bağlamaq üçün Azərbaycana gələcək.

CAVİD ƏLİYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul